Gecəsi cəmi 6 manatdan – BAKIDA ƏN UCUZ HOSTELLƏR

Xəbərlər 8 Avqust 2017 10:29 8328
Gecəsi cəmi 6 manatdan – BAKIDA ƏN UCUZ HOSTELLƏR

İstirahət mövsümünün davam etməsi hər kəsə bu imkandan yararlanmağa fürsət verir. Bahalı hotellərdə, istirahət mərkəzlərində dincəlmyə imkanı çatmayanlar da Azərbaycanı gəzib tanımaq istəyir. Büdcəsi  az olan qonaqlar daha ucuz məkanlarda gecələməyə üstünlük verirlər. Bu zaman hostellər aktuallaşır. Seyyah.az Bakıdakı ən ucuz hostelləri araşdırıb. 

 

Sport Hostel Baku

Bakıdakı bu hostel digərlərindən fərqli olaraq pulsuz  WiFi-la yanaşı qonaqlarına  fitness mərkəzinin xidmətlərini təklif edir. Onlar eyni zamanda  hosteldəki barın keyfini çıxara bilərlər.

Hosteldə  24 saat açıq olan resepşınqadın salonu  və hədiyyəlik əşyalar  dükanı  fəaliyyət göstərir. Burada gecələmək 8 manata başa gəlir.

Hosteldən maşın icarəyə götürmək də mümkündür. “Sport Hostel Baku”  Heydər Əliyev Sarayına  2,2 km, Zabitlər bağına  ise 2,7 km uzaqlıqdadır. Ən yaxın hava limanı  olan Heydər Əliyev Beynəlxalq  Hava limanından 19 km məsafədədir.

Hotelin yaxınlığında parkinqdən istifadə günlük cəmi 2 manatdır.

 

Hostello Hostel

Hostel Azərbaycan Opera və Balet Teatrına 500 metr məsafədə yerləşir. Burada otaqlarda havalandırma sistemi və pulsuz  WiFi quraşdırılıb. Bəzi hostellərdə  olduğu kimi burada da siqaret çəkilməyən otaqlar var. Eləcə də hava limanı xidməti və maşınların parkinqi mövcuddur. Parkinq günlük 7 manata başa gəlir. Bəzi otaqlarda istirahət guşəsi də var. vanna otağı isə ümumidir.

Bütün bu xidmətlərlə birgə hosteldə gecələmək 10 manata başa gəlir.

“Hostello Hostel”  Zabitlər Bağına və Bakı Formula 1 Grand Prix Pisti-yə 1 km məsafədə yerləşir. Heydər Əliyev Beynəlxalq  Hava Limanına isə 20 km uzaqlıqdadır.

 

Baku Hostel & Project Center

Bakıda Heydər Əliyev Sarayına  2,4 km uzaqlıqda yerləşən hostel havalandırma sistemi olan otaqlar və pulsuz  WiFi xidməti təklif edir. Qonaqlar  hostelin həyətindəki özəl maşın parkından da pulsuz yararlana bilərlər.

Otaqlarda qonaqlar üçün  düz ekranlı TV və notbuklar qoyulub. Bəzilərində isə istirahət üçün yumşaq mebellər də var. Bütün otaqlarda ayrıca vanna otağı və su qızdırıcılar quraşdırılıb. Bütün bu xidmətlərdən istifadə edərək hosteldə gecələmək 8 manata başa gəlir.

Hostelin resepşını  24 saat çalışır. Qonaqlar burada stolüstü tennis də  oynaya bilərlər. Hosteldə  maşınların icarəsi mümkündür.

“Baku Hostel & Project Center”,  Zabitlər Bağına 3,1 km, Azərbaycan Opera və Balet Teatrına 4 km məsafədə yerləşir. Heydər Əliyev Beynəlxalq  Hava Limanındna isə 18 km məsafədədir.

 

White City Hostel

Bütün otaqlarında pulsuz  WiFi şəbəkəsindən yararlana biləcəyiniz  “White City Hostel” in resepşını 24 saat işləyir. Otaqlarda havalandırma sistemi  və TV var. Bəzi otaqlarda dincəlmək üçün ayrıca məkan ayrılıb.

Hosteldəki teras və ya balkonunuzda çay işə bilərsiz. Otaqların hamısında ayrıca vanna otağı var.  Rahatlıq üçün burada tərliklər və pulsuz hamam vasitələri də verilir. Hosteldə gecələmək 9 manatdır.

“White City Hostel”də resepşın günün 24 saatı açıqdır. Hosteldə velosiped və  maşını icarəyə götürmək olar. Hostel  Heydər Əliyev Sarayına 1,4 km, Formula 1 Grand Prix Baku-ya 1,6 km,  Hava Limanına isə  18 km məsafədə yerləşir.

Qeyd edək ki, burada Hava Limanı xidməti də mövcuddur.  Bundan əlavə  pulsuz maşın parkı, siqaret çəkilməyən otaqlar, otaq xidməti, bar, bütün otaqlarda çay və kofe dəmləmək üçün qablar var.

 

Economy Hostel Baku

Heydər Əliyev  Sarayından  2,2 km məsafədə yerləşənEconomy Hostel Bakuda  pulsuz  WiFi şəbəkəsinə malik olan  otaqlarda havalandırma sistemi qurulub

Burada gecələmək cəmi 6 manatdırOtaqlarda düz ekranlı  TV və komputer var.  Bəzi qonaq otaqlarında gərgin bir günün sonunda dincəlmək üçün xüsusi məkanlar qurulub.

Hostelin resepşını 24 saat açıqdır.   Zabitlər Parkına 2,7 km, Azərbaycan Opera və Balet Teatrına  isə 3,6 km məsafədədir.

Hostel Heydər Əliyev Beynəlxalq  Hava Limanından  19 km məsafədə yerləşir. Yaxınlıqda maşınlar üçün parking mövcuddur. Oradan istifadə günlük 3 manata başa gəlir.

 

Hostel №1

Zabitlər Parkına 800 metr  məsafədə  yerləşən “Hostel №1” qonaqlara konfortlu otaqlar təklif edir. Hər birində pulsuz  WiFi, düz ekranlı TV, su qızdırıcı var.

Bəzi qonaq otaqlarında istirahət üçün yum.aq mebellər qoyulub. Otaqların hamısı ortaq vanna otağından istifadə edir. Burada qonaqlara hamam dəsmalı, tərlik və saç qurudan vasitə də təqdim edilir.

Resepşnı  24 saat çalışan hosteldə gecələmək 8 manatdır. “Hostel №1” Heydər Əliyev Beynəlxalq Hava Limanından  20 km məsafədə  yerləşir. Yaxınlıqda maşınlar üçün parking mövcuddur. Oradan istifadə günlük 3 manata başa gəlir.

 

Hello Hostel

Ev heyvanlarının dostu olan “Hello Hostel”də otaqlar  düz ekran TV, pulsuz Wi-Fi,  bəzilərində  dincəlmək üçün məkanla təchiz edilib. Eyni zamanda burada Hava limanı xidmət,  pulsuz parkinq, siqaret çəkilməyən otaqlar var. Hostelin ən üstün  cəhəti isə buraya ev heyvanlarının buraxılmasıdır.  24 saat açıq olan resepşın müştərilərin xidmətindədir. Hostedə gecələmək 10 manata başa gəlir.

“Hello Hostel” şəhərin mərkəzində - Fəvvarələr Meydanına 500 metr, İsmailiyyə  Sarayına isə 800 metr məsafədə , ən yakın hava limanı olan Heydər Əliyev Beynəlxalq Hava Limanına isə 21 km məsafədə yerləşir.

 

Bed & Breakfast Burla

Bakıda Filarmoniya Bağına  200 metrlik məsafədə qonaqlama təklif edən “Bed & Breakfast Burla” pulsuz Wi-Fi, bütün otaqlarda havalandırma, düz ekranlı TV, eləcə də hamam dəsmalları və tərliklər təklif edir. Hosteli digərlərindən fərqləndiriın burada ailə otaqlarının olmasıdır. Eləcə də qonaqlara hava limanı xidməti göstərilir. Burada gecələmək 10 manatdır. Maşınların park edilməs isə günlük 23 manata başa gəlir.

“Bed & Breakfast Burla” Məhəmməd Məscidinə  və Azərbaycan Xalça  Müzeyinə 300 metr məsafədə yerləşir. Ən yaxın hava limanı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı isə hostelə 22 km uzaqlıkdadır.

 

 

Highland Park Hostel

Bakıda Alov Qüllələrinə  250 metr, Filarmoniya Bağına 850 metr məsafədə yerləşən bu hostel digərlərindən mətbəxin olması ilə fərqlənir. Bütün mərtəbələrdə pulsuz WiFi, otaqlarda düz ekran TV, DVD və CD pleyerlər var. Bəzi otaqlarda ayrıca istirahət guşəsi də yaradılıb.  24 saat çalışan resepşın, ümumi mətbəx və qadın salonu da var.

Hosteldə gecələmək 15 manatdır. Burada siqaret çkilməyən otaqlar və otaq xidməti də mövcuddur. Velosipedlərin icazəsi də mümkündür. “Highland Park Hostel” Azərbaycan Xalça  Müzeyinə 950 metr, Şirvanşahlar Sarayına 1,2 km məsafədə yerləşir.

OXŞAR XƏBƏRLƏR