Bakı-Zaqreb aviareysi açılır

Xəbərlər 6 Iyun 2014 00:00 1505
Bakı-Zaqreb aviareysi açılır

Bu ilin iyun ayından avqusta ayına qədər Bakı-Zaqreb (Xorvatiya) marşrutu üzrə çarter aviareysi açılacaq. Seyyah.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə turizm şirkətlərindən məlumat verilib.

Məlumata görə, Monteneqrodan keçməklə Bakıdan Xorvatiyaya ilk uçuş iyunun 26-da yerinə yetiriləcək. İyun ayında uçuşlar həftədə bir dəfə həyata keçiriləcək. İyul ayından başlayaraq isə aviareyslər həftədə iki dəfə yerinə yetiriləcək və avqustun 28-ə qədər davam edəcək.

OXŞAR XƏBƏRLƏR