İqlim dəyişməsi fəsadlarının qarşısı alınmazsa ekstremal hava şəraiti 2100-cü ilədək hər il 152 minə kimi avropalının ölümünə səbəb ola bilər, alimlər bildirir.
Seyyah.az BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, bu potensial ölüm hallarının sayı üzrə daha əvvəl verilən rəqəmlərdən 50 dəfə artıqdır.
The Lancet Planetary Health nəşrinin hesabatına əsasən Avropada hava şəraiti ilə bağlı ölüm hallarının 99 faizinə aşırı istilər səbəb ola bilər.
kstremal hava şəraitinin altını ən çox cənubi avropalılar çəkəcək, məlumatda deyilir.
Ekspertlər hesab edir ki, rəqəmlər narahatedicidir.
Hərçənd ki, bəziləri proqnozların bir qədər şişirdilmiş olduğunu düşünür.
Temperaturun 44 dərəcəyə çatması ilə Avropanın bəzi guşələri son onilliyin ən aşırı qızmar yayına qərq olub.

Fotonun müəllifiEPA
Image captionİtaliya Şimali Afrikadan gələn qızmar hava siklonunun mərkəzində duran ölkələrdən biridir.
Rekord istilər İtaliyada yanğınlara səbəb olub, onlarla şəhər və yaşayış məntəqələri səhiyyə xidmətlərinin nəzarətindədir.
Bəzi regionlarda quraqlıq təhlükəsi yaşanır.
İstilərin potensial təhlükə həddinə gəldiyi bölgələrdə xəbərdarlıqlar verilir.
İtaliyada istilər bu ərəfədə olan orta rəqəmlərdən 10C çoxdur.
Sardiniyada temperatur 44C-ə çatıb.

Fotonun müəllifi GETTY IMAGES
Image caption Albaniya paytaxtı Tirana yaxınlığında meşə yanğınları tüğyan edir.
Albaniyada istilər şəraitində əmələ gələn meşə yanğınları ilə mübarizə üçün ordu hissələri səfərbər olunub.
Burada temperatur 40C təşkil edir.
Albaniya yanğınlarla mübarizə üçün Avropa İttifaqından yardım istəyib.

Fotonun müəllifi EPA
Image captionRomada turistlər fəvvarələrə üz tutub.

Fotonun müəllifi EPA
Image caption Romada Müqəddəs Pyort Meydanı
Turist və yerli sakinlər sərinləşmək üçün şəhər fəvvarələri ilə hovuzlardan istifadə edir.
Qarşıdan gələn günlər ərzində isti havalar Mərkəzi və Şərqi Avropa ölkələrində gözlənilir.
Qızmar havalar Balkanlardan da yan keçməyəcək, – Meteoalarm metereologiya mərkəzi bildirir.

Fotonun müəllifiGETTY IMAGES
Image caption Çərşənbə axşamı günü Çexiyada istilər 37 dərəcəyə çatıb.

Fotonun müəllifi EPA
Image caption Çexiya paytaxtı Praqanın mərkəzində park.