Daha bir qeyri-adi hotel işə başlayacaq - FOTO

Xəbərlər 9 Avqust 2017 09:16 774
Daha bir qeyri-adi hotel işə başlayacaq - FOTO

Danimarkanın paytaxtı Kopenhagendə yük kranından hotel kimi istifadə olunacaq. Mini hotelə "The Krane" adı verilib.

Seyyah.az turizm.fins.az-a istinadən xəbər verir ki, 15 metr yüksəklikdə olan kran kabinəsində iki nəfər qonaqlaya bilər. Nömrədə yataq otağından başqa cakuzili spa-zona da var. Həmçinin hoteldə görüşlərin keçirilməsi üçün şüşəli zal hazırlanıb.

"The Krane" hotelində bir gün qonaqlamaq 2 900 dollardır. Hələ ki, otelin rəsmi açılış mərasimi keçirilməyib.

 

 

OXŞAR XƏBƏRLƏR