“Şahdağ” Turizm Mərkəzində “Beer Day” adlı pivə festivalı keçiriləcək. Seyyah.az xəbər verir ki, Şahdağ istirahət mərkəzindən verilən məlumata görə festival avqustun 26-da saat 15:00-da başlayacaq.
Tədbirdə “Erdinger light”, “Erdinger dark”, “HOFBRAU light”, “Budweiser”, “Bitburger” kimi məşhur pivə brendleri təqdim olacaq. Bundan başqa Mikayıl Rəfiyev və “Excellent Music Band” qrupunun ifasında gün boyu canlı ifalar səsləndiriləcək. Bundan başqa müxtəlif növ oyunlar və dadlı qəlyanaltılar təqdim olunacaq. Qeyd edək ki, festivalda təqdim olunacaq pivə və qəlyanaltıların qiyməti təsdiq edilmədiyindən qiymətlər hələ təqdim olunmayıb. Məlumat üçün bildirək ki, istirahət mərkəzində yerləşən Mənzərə restoranından verilən məlumata görə pivələrin qiyməti 7 manatdan başlayır. Festivala giriş isə pulsuzdur.
Qeyd edək ki,növbəti gün avqustun 27-də Şahdağda daha bir festival keçiriləcək. “Uraban Fest” adlanacaq tədbirə də giriş pulsuz olacaq. Festival, ekstremal idman və urban mədəniyyətini özündə təcəssüm etdirir (fins.az).