Kim deyir ki, Azərbaycanda macəra turizmi yoxdur? - VARİANTLAR

Xəbərlər 10 Avqust 2017 14:58 3839
Kim deyir ki, Azərbaycanda macəra turizmi yoxdur? - VARİANTLAR

Dünyada passiv turizmi sevənlərlə yanaşı istirahətini aktiv keçirmək istəyənlərin də sayı az deyil. Suya tullanmaq, dağlarda gəzmək, zirvələrə qalxmaq ekstrim həvəskarlarının yaşam tərzidir desək, yanılmarıq. Təbii ki, bütün bunları yaşaya bilmək üçün şərait lazımdır.

Ekstrim həvəskarları sözümüz sizədir, əgər ölkədə macəra turizmi üçün şərait yoxdur deyə, düşünürsünüzsə üzülməyin. Əcnəbi ölkələrə baxıb, köks ötürməkdənsə bu yazını mütləq oxuyun.

Seyyah.az A24.Az-a istinadən əsl ekstrim yaşayacağınız macəra turizmi zonalarının siyahısını təqdim edir:

 

Qusar

Ölkənin ən yüksək dağlıq ərazisi Qusardadır. Noyabr ayından yağmağa başlayan qar   mart ayına qədər qalır. Qış idman növləri ilə məşğul olmaq istəyənlər üçün burada əla şərait var. Burada Xizəklə sürüşmək, aysklaymbinq, snoubord, eləcə də dağçılıq, alpnizmlə məşğul  olmaq, dağ yürüşləri, trekinqlər keçirmək mümkündür.

İlisu , Qax

Burada dağ turizmi və alpinizm üçün hər cür təbii  şərait var.

Katex şəlaləsi, Balakən

Bu şəlalə eyniadlı kəndin ərazisindədir. Zaqatala qoruğuna giriş də elə Katex kəndinin içindədir. Şəlalənin yanına getmək üçün bolluca vaxt və fiziki güc sərf etməlisən. Lakin yollar təhlükəli olsa da bu ekstrimi yaşamağa dəyər. Təsəvvür edin, möhtəşəm dağ, meşə… Bir də buna şəlalə mənzərəsini əlavə edin. Yəqinki gözəlliyindən  danışmağa belə dəyməz. Onu da deyək ki, şəlalə bir o qədər də yüksək deyil. Lakin şəlalənin yaratdığı su yığını və kanyonda Body-raftinglə məşğul olmaq üçün əla şərait var.

Qobustan

Bir çox ekstrimal idman növləri yarışlarının burada keçirilməsindən bilirsiniz ki, burada qayayadırmanma üçün gözəl şərait var. Ayrıca ürəyiniz sıxılanda velosipedlərinizi götürüb, Qobustana üz tuta bilərsiniz. Şəhərdəki tıxac və səs-küyü mütləq unudacaqsınız.

Lerik

Belə bir fikir var ki,Lerik bir qədər qarışıq zona olduğundan bölgəni gəzmək üçün mütləq yerli bələdçiyə ehtiyacın olur. Lakin ekstrim həvəskarını heç nə qorxutmamalıdır. Odur ki, çantanızı çiyninizə atın və bura trekinqlər təşkil edin.

Balakən

Mütləq vurğulamalıyıq ki, Balakəndə paraşütlə tullanmaq üçün əla şərait var. Əgər buna həvəsiniz varsa mütləq risk edin deyirik.

OXŞAR XƏBƏRLƏR