Qadın səyyahlar üçün ən təhlükəli – 10 YER, SİYAHI

Xəbərlər 11 Avqust 2017 13:05 750
Qadın səyyahlar üçün ən təhlükəli – 10 YER, SİYAHI

Bir qədər əvvəl ABŞ Dövlət Departamenti yerli vətəndaş olan qadınlara Meksikada olarkən ehtiyatlı olmağı məsləhət görüb.

Səbəb bir neçə qadının bu ölkədəki korortlarda həlak olmasıdır. Bununla əlaqədar olaraq Trip.com bir qədər əvəl qadın turistlər üçün təhlükəli olan 10 yerin siyahısını tərtib edib.

Qadınlar arasında aparılan sorğu ilə tərtib edilmiş hesabatda bəzi ölkələrə ümumiyyətlə getmək məsləhət görülmür, bəzilərində isə sadəcə «ehtiyatlı olmaq» tövsiyə edilir. Beləliklə, qadın turistlər üçün ən təhlükəli ölkələr

 

1. Misir

Misir piramidalarını görmək hələ də səyahətçilərin arzusu olsa da, terrorçu və zorakılıq hərəkətləri bu ölkədə turizmə əsas təhlükə sayılır. Məhz buna görə, Misirə gələn turistlərin sayı 2016-cı ildə 3 dəfə azalaraq 14,7 milyondan 5,4 milyon nəfərə düşüb. Bu ölkəyə geən qadın turistlərə məsləhət olaraq bildirilir ki, onlar ilk növbədə çiyinlərini və dizlərini örtməlidirlər. Xüsusilə açıq rəngli saçı olanlar biləklərini , ayaqlarını və saçlarana gizlətməlidirlər. Əks halda Misirdə əks cinsin nümaynədələrinin aqressiyası ilə qarşılaşmaq olar.  Qadın turistlər qulağı dinc istirahət etmək üçün Qahirədə olarkən sakit məhəllələri, məsələn, Dahab və ya Zamaleki seçməlidirlər.

 

2. Mərakeş

Əvvəla Mərakeşdə terror aktları üzrə təhlükə böyükdür. İkincisi, burada cinayətkarlıq – aqressiv mübahisələr, pul oğurlanması və ya küçə qarətləri ciddi problem sayılır – xüsusilə turist əraziləri və böyük şəhərlərdə. Təhlükəsizlik üçün qadın turistlər üstlərində qiymətli əşyalar gəzdirməməli, dəqiq ünvana getməlidirlər. Küçədə qadınlara toxuna da bilərlər. Bu vəziyyətdə ən yaxşısı buna fikir verməyərək yola davam etməkdir. Təhlükə olduqda isə dərhal yaxınlıqdakı polisə müraciət etmək lazımdır. Geyimə gəldikdə, hesabat müəllifləri məsləhət görür ki, qadınlar daha ciddi geyinsin, qısa şort və açıq geyimlərdən imtina etsinlər. «Nə qədər az geyinsəniz o qədər çox arzuolunmaz diqqət cəlb edirsiniz»-deyə hesabatda bildirilir. Şəhərdə azan qadınlar yolu küçdən keçənlərdən yox, mağaza və ya dükanlardan, ya da qadınlardan soruşsalar yaxşıdır.

 

3. Yamayka

 

Ekzotik ölkənin turistlər üçün təhlükəli olması bir qədər sürpriz görünə bilər. Amma reallıq belədir - «Populyar kurortlar təhlükəsiz olsa da, oradan kənarda qadın turistlər arzuolunmaz diqqət və aqressiyaüa məruz qala bilərlər. Ümumiyyətlə, ABŞ dövlət departamentinin məlumatına görə, zorakılıq cinayətləri Yamayka ərazisində ciddi problem sayılır. Hətta kurortların özündə də tam təhlükəsiz deyil – zorakılığa məruz qalan qadınlar bildirir ki, əksər hallarda zorakılıqlar kurortların öz işçiləri tərəfindən edilir. Hesabatda deyilir ki, Yamaykada təkcə qadınlar deyil, qız dostu və həyamt yoldaşı ilə səfər edənlər də ehtiyatlı olmalıdırlar. 

 

4. Hindistan

Hindistan turistlərin, xüsusilə tək səyahət edən qadın turistlərin sevimli məkanı olsa da, eyni zamanda həm də mürəkkəb ərazi sayılır. Ölkədə terror aktları əhlükəsi var. Bu xüsusilə izdihamlı ictimai yerlərdə, baş verə bilər. Təhlükəsiz qalmaq üçün qadınlar diqqətli olmalıdırlar. Hətta yanında səfər yoldaşının olması da bəzən zorakılıqdan qarantiya deyil. Bundan başqa, ölkəyə gələn qadınlar örtülü, uzun paltar geyinməlidirlər. Hindistana iş səfərinə gələn qadınlar isə çalışıb işlərini tez bitirməlidirlər ki, hotelə gecə qayıtmalı olmasınlar. Qatara minənlər isə bileti əvvəlcxədən ən bahalı yerlərə almalı və qadınların daşınması xidmətindən istifadə etməlidirlər. Şəhərə təkcə gəzmək qətiyyən məsləhət görülmür. Kiçik şəhərlərdə kişi ilə gəzmək məsləhətdir.

 

5. Peru

Peruda turistlər silahlı qarət, adam oğurluğu, kiçik oğurluqlar və krelit kartları ilə fırıldaqlarla üzləşə bilərlər. Qalın turistlər təhlükəsiz qalmaq üçün taksi xidməti olaraq Uber-dən istifadə etməli, taksidə çemodanı yük yerində, pul qabını isə ayaq altında saxlamalıdırlar. Təkcə səyahə edən qadınlar yolu qısaltmaq üçün qarışıq yollardan istifad etməməli, üstlərində qiymətli əşya gəzdirməməlidirlər. İdman yarışlarından da uzaq gəzmək və bahalı avtobuslarla səyahət etmək lazımdır. Ucuz şirkətlərdə təhlükəsizlik axsayır. Pulu ayrıca qabda deyil, müxtəlifciblərdə saxlamaq daha etibarlıdır. Belə olanda pulu qapıb qaçırmaq çətinləşir. Qadın turistlər üzərlərində çox pul da götürməməli, yalnız lazım olan qədər pul gəzdirməlidirlər. Əsas pulları, qiymətli əşyaları və plastik kartları hoteldəki seyfdə saxlamaq lazımdır.

 

6. Baham adaları

Baham adalarının da təhlükəli olması əsl sürprizdir. Amma bu adalarda kriminal da var – silahlı qarət, seksual zorakılıq və s. NƏticədə Bahamlarda cinayətkarlıq artır. BMT-nin 2012-ci ildəki hesabatında da bildirilir ki, Baham Adaları Karib dənizi hövzəsində seksual cinayətlərin ən çox baş verdiyə yerlərdən biridir.  Məsələn, buradakı Nassau şəhərinin mərkəzində turistləri bıçaqla qorxudaraq bir neçə dəfə qarət ediblər. Həta bəzi hadisələr gündüz vaxtı baş verib.

Bu vəziyyətə düşməmək üçün turistlər ehtiyatlı olmalı, qida və içkilərinə fikir verməli, adamların çox olduğu yerlərdə dolaşmalıdırlar.

 

7. Kolumbiya

Kolumbiyanın bu siyahıda olması təbiidir. Hesabat müəllifləri bu ölkəni turistlər üçün təhlükəli sayıb və ora istirahət etməkdən çəkinməyə çağırıb. Daxili müharibə ilə əlaqədar olan zorakılıq, narkotika, cinayətkarlıq, adam oğurluğu kimi hallarla nəinki kəndlərdə, şəhərlərdə də rastlaşmaq olar. Belə hala düşməmək üçün ilk növbədə qiyməili əşyaları qorumaq lazımdır. Məsələn siz mobil telefonunuzu və ya pul qabınızı nəzarətsiz qoysanız dərhal itirəcəksiniz. Taksini əvvəlcədən çağırmaq lazımdır, heç bir halda küçədə taksi saxlamaq olmaz. Gecələr şəhərdə tək gəzmək də olmaz. Gecə avtobusları səyahət üçün qənaətli variant ola bilər, amma bu qənaət olunacaq məsələ deyil. Ona görə də tanınmış şirkətlərin avtobuslarından istifadə etmək lazımdır. Bu avtobuslarda sərnihinləri yoxlayırlar, üstəlik onlar daha rahat olur.

 

8. Ekvador

Əslində hesabata görə, Ekvador, siyahıda adı keçən digər ölkələrdən daha təhlükəsizdir. Amma burada da oğurluq, qarət, hotel nömrəsində oğurluq ola bilər. Qadın turistlər üçün isə əlavə təhlükə zorakılıq və seksual məqsədli hücum ola bilər. Belə vəziyyətə düşəmək üçün avtobusla getdikdə öz əşyalarınıza nəzarət edin. Avtobus nəyisə qapıb qaçmaq üçün əla yerdir. Özünüzlə tualet kağızı və əlləri dezinfeksiya edən vasitə gəzdirin. Brada tualetlə bağlı vəziyyət olduqc pis ola bilər. Axşamlar ehtiyatlı olub, yaxşı rayonların seçimi üçün tanışların məsləhətlərini dinləyin.

 

9. Türkiyə

 

Turistlər üçün təhlükəli yerlərin siyahısında qardaş Türkiyəni görmək üzücüdür. Amma hesabat müəllifləri bildirir ki, ötən il ölkədə baş verən çevriliş cəhdindən sonra jurnalistlər və dissidentlərin oğurlanması baş verib.  Kriminal vəziyətlərlə üzləşəmək üçün qadın turistlərə ilk növbədə ciddi geyimlər geyinmək məsləhət görülür. Məsələn qadın turistlər özləri ilə şərf gəzdirsələr yaxşı olar – lazım olarsa onunla başı örtmək mümkündür. Taksini ancaq yaxşı işıqlandırılmış yerlərdə saxlamaq və az pul olan kartlardan istifadə etmək lazımdır. Satıcı və ya restoran ofisiantlarının aqressiyası ilə rastlaşanda isə sadəcə yola davam etmək lazımdır.

 

10. Qvatemala

Qvatemala da təhlükəli ölkələrin siyahısındadır. Əsas problemlər qarət, oğurluq, seksual hücumlar və hotel nömrəsində oğurluqdur.  Belə vəziyyətə düşməmək üçün ən yaxşısı «qapıdan-napıya» turist xidməti seçməkdir. Restorana getdikdə isə hoteldən piyada çata biləcəyiniz yerləri seçin.  Qiymətli əşyaları qoruyub saxlamaq üçün «pul kəməri»ndən istifadə edin. İspanca əsas frazaları, məsələn, salamlaşma, kömək istəmək və s. kimi səyahətdə lazım ola biləcək sözləri öyrənin. 

OXŞAR XƏBƏRLƏR