Turistləri hədələyib 15 min pul istədilər – BAKIDA

Xəbərlər 12 Avqust 2017 22:50 979
Turistləri hədələyib 15 min pul istədilər – BAKIDA

İki əcnəbi vətəndaşı bıçaqla hədələyərək onlardan pul istəyən şəxslər saxlanılıb.

Seyyah.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə,  avqustun 11-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn 2 nəfər orada işləyən iki əcnəbi vətəndaşlarının əl-qolunu yapışqanlı lentlə bağlayaraq bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edib, tələb etdikləri məbləğ olmadığından 3 ədəd mobil telefonu götürərək ofisin qapısını bağlayıb gediblər.

Hadisəni törətmiş Bakı şəhər sakini Elvin İsrafilov və Sumqayıt şəhər sakini Cəfər Musayev könüllü olaraq Nəsimi RPİ 22-ci PB-yə gəlib həmin şirkətin səyahət paketi almaq üçün onlardan 1500 ABŞ dolları pul alaraq vədinə əməl etməməsini bildiriblər.

Faktla əlaqədar cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR