Təyyarə bileti üçün inanılmaz qiymət – 2 AVRO

Xəbərlər 14 Avqust 2017 12:52 2615
Təyyarə bileti üçün inanılmaz qiymət – 2 AVRO

Avropada fəaliyyət göstərən aşağı büdcəli aviaşirkətlərin sayı artdıqca ucuz qiymət rekordları da təzələnir.

Seyyah.az-ın məlumatına görə, bəzi istiqamətlərə biletlər sadəcə inanılmaz səviyyəyə düşüb.

Bir neçə gün əvvəl məlum olub ki, Rianair şirkəti ilə Rumıniyadan Belçikaya uçuşlara bileti cəmi 2 avroya da almaq olar.

Söhbət Rumıniyanın qərbində yerləşən kiçik Oredea şəhərindən Almaniyanın Memmingen şəhərinə uçuşdan gedir.

Sentyabr ayı üçün Ryanair  şirkətindən alınan biletdə uçuş qiyməti cəmi 2 avrodur.

Bu qiymətə 10 kiloqramlıq əl yükü da daxildir.

Eyni qiymətlər Hamburq və Brüssel arasındakı uçuşlara da aiddir. 

OXŞAR XƏBƏRLƏR