"Bəyin oğurlanması" çəkilən kənddə 5 ulduzlu otel tikiləcək

Xəbərlər 14 Avqust 2017 13:28 706
"Bəyin oğurlanması" çəkilən kənddə 5 ulduzlu otel tikiləcək

Şamaxı rayonunda 150 otaqlı yeni 5 ulduzlu otel tikiləcək.

Seyyah.az "Marja"ya istinadən məlumat verir ki, fiziki şəxs tərəfindən tikiləcək otelin tikintisi üçün Məlhəm bələdiyyəsi ərazisində 17 hektar sahə ayrılıb.

Fiziki şəxsin adı açıqlanmır. 

Məlumat üçün qeyd edək, "Bəyin oğurlanması" filmi Şamaxının Məlhəm kəndində çəkilib. Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən sayısız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Böyük şairlərdən biri olan Əfzələddin Xaqani Məlhəm Kəndində anadan olub və yetişib.

Qeyd edək ki, artıq Şamaxıda (Şərədil kəndi) bir beşulduzlu - "Şamaxi Palace Platinum By Rixos" fəaliyyət göstərir. 

OXŞAR XƏBƏRLƏR