AZAL Bakıdan Cenevrəyə birbaşa uçuşlara başlayır

Uçuşlar hər həftənin cümə və bazar günləri həyata keçiriləcək
Xəbərlər 12 Iyun 2014 00:00 1295
AZAL Bakıdan Cenevrəyə birbaşa uçuşlara başlayır
“Azərbaycan Hava Yolları” (AZAL) bu ilin iyulun 11-dən etibarən Bakı-Cenevrə-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayır.

Seyyah.az AZAL-ın saytına istinadən xəbər verir ki, uçuşlar hər həftənin cümə və bazar günləri, yalnız birinci və biznes sinif konfiqurasiyasına malik, yüksək komfortlu biznes cetlərlə həyata keçiriləcək.

Bu reyslərin sərnişinləri həm hava limanında həm də uçuş zamanı AZAL-ın biznes xidmətləri ilə tam şəkildə əhatə olunacaq, onların  AZAL-MİLES hesablarına  artırılmış ballar köçürüləcəkdir.

Təklif edilən uçuş cədvəlindən istifadə edərək:

Bakı – Cenevrə, qalxış 07:55, eniş 09:55

Cenevrə -  Bakı, qalxış 11:15,  eniş 18:55,

 

OXŞAR XƏBƏRLƏR