Sentyabr ayının 1-dən “Buta Airways” Bakı-Tbilisi-Bakı istiqaməti üzrə mütəmadi uçuşlar yerinə yetirəcək. “Buta Airways”-dən verilən məlumata görə uçuşlar həftənin 1-ci 3-cü 5-ci və 6-cı günləri həyata keçiriləcək. Uçuşlar Embraer E190 / E170 təyyarələri ilə ediləcək.
Oktyabrın 29-dan etibarən isə “Buta Airways” aviaşirkəti həftədə 14 dəfə olmaqla (gündə iki dəfə) Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşlar yerinə yetirəcək.
Gürcüstanın Mülki Aviasiya Agentliyi avqustun 9-da “Buta Airways” şirkətinə uçuşların yerinə yetirilməsi ilə bağlı müvafiq lisenziya təqdim edib.