“Unudulmuş yeməklər” festivalı keçiriləcək

Xəbərlər 16 Avqust 2017 02:15 961
“Unudulmuş yeməklər” festivalı keçiriləcək

İçərişəhərdə “Unudulmuş yeməklər” adlı yemək festivalı keçiriləcək. Seyyah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. 

Sentyabrın 1-dən 3-dək davam edəcək festivalın əsas məqsədi şəhərin tarixi hissəsində Qurban bayramı abu-havası yaradaraq bayram təntənəsini Bakı sakinləri və şəhərin qonaqları ilə birlikdə qeyd etməkdir. 

Festival iştirakçıları yeməklərin hazırlanmasında və təqdimatında iştirak edə biləcəklər. Eyni zamanda, tədbir Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəxin unudulan zənginliklərini nümayiş etdirərək xalqın süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.

Hazırlanmasında və təqdimatında festivala gələnlərin də iştirak edə biləcəyi irimiqyaslı yemək festivalı, eyni zamanda, Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəxin unudulmuş zənginliklərini nümayiş etdirərək xalqımızın süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.

Hər kəs 3 gün müddətində İçərişəhərin tarixi küçələrində milli mətbəximizin unudulmuş ləzzətini dada bilər.

OXŞAR XƏBƏRLƏR