Hotellər və Restoranlar Assosiasiyası qonaqpərvərlik və turizm sektorunda araşdırmalar və analitika işini davam edərək növbəti layihə həyata keçirib.
Assosiasiyadan seyyah.az-a verilən məlumata görə, layihənin əsas məqsədi ASAN Viza sisteminin fuksionalını və imkanlarını araşdırmaq, onun turizm sənayesi və turistlər üçün rahat olmasının qiymətləndirilməsi və nəticə etibarilə ASAN Viza sisteminin təkmilləşdirilməsində yardımçı olmaqdan ibarətdir.
Bildiyimiz kimi, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 923 saylı, 1 iyun 2016-cı il tarixli Fərmanı ilə ölkəyə səfər edən xarici vətəndaşlara və vətəndaşlığı olmayanlara keçən ildən etibarən elektron vizaların verilməsi başlayıb. Yeni və innovativ sistemin yaradılması ölkəyə səfər etmək arzusunda olan turistlər üçün geniş imkanlar yaradıb, onların viza almaq prosedurlarını olduqca sadələşdirib . Azərbaycan Respublikası Prezidentinin növbəti bir neçə Fərmanı əsasında isə “ASAN Viza” sistemi təkmilləşdirilib və əlavə imkanlar tətbiq edilib.
Assosiasiya bir qrup könüllülər və cəlb edilmiş ekspertlərlə bərabər “ASAN Viza” sistemində müxtəlif testlər keçirmiş, bir sıra turizm agentliklərinin və turistlərin sistem haqqında fikirlərini öyrənmişdir. Toplanan rəylər nəticəsində expertlər sistemin funksionalında bir sıra çatışmamazlıqlar aşkar etmiş, eyni zamanda arzu olunan əlavə imkanlar haqqında fikirlər müzakirə etmişdirlər. Əldə edilmiş nəticələr, sənaye nümayəndələrinin və turistlərin istək və arzuları, exspertlərin tövsiyələri “ASAN Viza” sisteminə Assosiasiya adından ünvanlanmış məktubda açıqlanmışdırlar.
Bununla yanaşı, sistemin funksionalında aşkar edilmiş çatışmamazlıqlar, turizm sənayesi nümayəndələrinin istək və arzuları, həmçinin ekspertlərin tövsiyələrini sizinlə də bölüşmək istəyirik.
Belə ki, sistemin funksionalında aşkar edilmiş nöqsanlar sırasında aşağıdakılar məlum olmuşdurlar:
Turizm sənayesi nümayəndələri arasında aparılan sorğu nəticəsində əldə olunmuş istək və arzuları və ekspertlərin rəylərini nəzərə alaraq aşağıdkıları da diqqətinizə çatdırırıq:
Ümid edirik ki, aparılan tətqiqat işinin nəticəsində əldə olunan və sizinlə bölüşdüyümüz məlumatlar “ASAN Viza” sisteminin təkmilləşdirilməsində yardımçı olacaq, nəticə etibarilə isə ölkəyə səfər edən turistlər və gəlmə turizmla məşqul olar turizm şirkətləri üçün yeni imkanlar açacaqdırlar.
Fürsətdən istifadə edərək, tədqiqat layihəsinin realizə edilməsində iştirak etmiş Firəngiz Məmmədova, Jalə Cavadova, Nərmin Namazova, Elxan Naibov, Rəna Babazadə və Əsəd Zeynalovdan ibarət işçi qrupuna və sorğuda iştiraklarına görə İmprotex Travel, Gilan Turizm, Granit AS, VİP Tour, Millenium Tourism, Paramount Travel Club, Falcon Luxury Travel şirkətlərinə dərin təşəkkürümüzü bildiririk.
Hotellər və Restoranlar Assosiasiyası 2009-cu ildən etibarən uğurla fəaliyyət göstərir. Son illər ərzində təşkilat bir sıra səmərəli layihələr realizə edib. Ölkənin qeyri-neft sektorunda prioritet iqtisadi sahə kimi müəyyən edilmiş turizm və qonaqpərvərlik sənayesində sivil bazar münasibətlərinin təkmilləşməsi, sənayedə kiçik və orta sahibkarlığın inkişafına yardımçı olmaq, yeni iş yerlərinin açılmasında fəal iştirak etmək, turizm və qonaqpərvərlik standartlarının tətbiqini təmin etmək və digər mühüm məsələlər Assosiasiyanın əsas məqsədləri sırasında öz əksini tapırlar.