"Azərbaycan Hava Yolları" şirkəti (AZAL) işçilərin kütləvi qəbulunu elan edib. Səyyah.az-ın məlumatına görə, iyunun 15-dən sentyabrın 1-dək olan dövrdə AZAL növbəti vəzifələrə işçi qəbul edir: kinoloq, müfəttiş, nəzarətçi, mühafizəçi, radio elektron mütəxəssis, elektromexanik, telekommunikasiya mühəndisi.
Məlumatda bildirilir ki, işə ingilis dilini bilən 20-30 yaşlarında oğlan və qızlar qəbul edilir. Qızların boyu 165 sm, oğlanların boyu isə 175 sm-dən aşağı olmamalıdır. Əlavə informasiya üçün 497-85-02 və 497-26-00 telefonlarına müraciət etmək olar.