Şahdağda 4 əyləncə cəmi 8 manata - TƏLƏSİN

Xəbərlər 18 Avqust 2017 10:00 1026
Şahdağda 4 əyləncə cəmi 8 manata - TƏLƏSİN

“Şahdağ” Turizm Mərkəzi tərəfindən əyləncə həvəskarları üçün maraqlı aksiya təşkil olunacaq.

Seyyah.az xəbər verir ki, “Şahdağın hədiyyəsi” adlanan aksiya çərçivəsində turistlər yalnız bir gün - avqustun 20-də cəmi 8 manat ödəməklə 4 əyləncədən faydalana bilərlər. Aksiyaya qoşulanların bu məbləğ müqabilində ziplayn, bob kart, seqvey və trottinetdən yararlanmaq imkanı olacaq. Bununla yanaşı, mərkəzdə uşaqlar üçün ödənişsiz olaraq mini futbol, voleybol, basketbol, hava qəsrləri və macəra parkı kimi əyləncələr fəaliyyət göstərəcək.

Bütün günboyu rəngarəng musiqi və fərqli əyləncələr qonaqların zövqünü oxşayacaq.

 

OXŞAR XƏBƏRLƏR