“Pobeda” Bakıya uçuşlardan imtina etdi - "TARİFLƏRİNİZ YÜKSƏKDİR"

Xəbərlər 18 Avqust 2017 15:25 837
“Pobeda” Bakıya uçuşlardan imtina etdi - "TARİFLƏRİNİZ YÜKSƏKDİR"

Rusiyanın aşağıbüdcəli "Pobeda" aviaşirkəti Rostov-Don şəhərindən Bakıya bərpasını planlaşdırdığı aviauçuşları təxirə salıb. 


Rusiya mətbuatının verdiyi məlumata görə, bu şəhərdən Bakıya uçuşlar 2017-ci ilin qış cədvəlində yer almayıb.


Məsələ ilə bağlı şirkətin mətbuat katibi Yelena Selivanova bildirib ki, Azərbaycan paytaxtı Bakının hava limanının tarifləri çox yüksək olduğundan "Pobeda" Bakıya reyslərin bərpasını planlaşdırmır.


"Rostov-Dondan Bakıya reyslərin yerinə yetirilməsi üçün "Pobeda" qiymətlərin dəyərini də artırmalı olacaqdı", - Y.Selivanova əlavə edib.


"Pobeda" şirkəti Rostov-Dondan Bakıya uçuşları 2016-cı il 30 oktyabrdan yerinə yetirməyə başlamışdı. Bu reys rostovlular arasında böyük rəğbət qazanmışdı. Lakin yayda kurort istiqamətlərə uçuşların yerinə yetirilməsi ilə əlaqədar reyslər dayandırılmışdı.


Hazırda şirkətin qış cədvəlində Rostov-Dondan Mosvka ("Vnukovo"), Sankt-Peterburq və Tbilisiyə uçuşlar qeyd edilib.

 

© Report

OXŞAR XƏBƏRLƏR