Səyahətə getmək istəyənlərə- 8 faydalı məsləhət

Xəbərlər 12 Yanvar 2014 00:00 1868
Səyahətə getmək istəyənlərə- 8 faydalı məsləhət

Tanınmış Braziliya yazıçısı və şairi Paolo Koelyo səyahətə getmək istəyənlər üçün 8 faydalı məsləhət verib. Səyyah.az-ın məlumatına görə, P.Koelyo səyahəti ən yaxşı öyrənmək üsulu adlandırıb: "Mən çox tez anladım, ki səyahət mənim üçün ən yaxşı öyrənmək üsuludur. Mən istəyərdim ki, bəzi məsləhətlərimlə sizinlə bölüşüm, ki onlar da sizə faydalı olsun".

1) Muzeylərdən uzaq durun. Bu məsləhətim qəribə görsənə bilər, amma ki gəlin bir az fikirləşək. Əgər siz qərib ölkədəsinizsə, keçmişin yox, indiki vaxtın gözəlliklərinin axtarışına çıxmaq daha düzgün olmazmı? Uşaq vaxtı bizə öyrədiblər ki, səyahət muzeyləri ziyarət etməkdən ibarətdir – o səbəbdən də insanlar onu ilk növbədə borc bilirlər. Əlbəttə ki, muzeylər vacibdir, amma onların ziyarəti vaxt və obyektivlik tələb edir – siz bilməlisiniz ki, muzeydə nə görmək istəyirsiniz. Əks halda – siz ordan bir hisslə çıxacaqsınız, ki çox vacib şeyləri görmüsünüz, amma yadınıza düşməz ki, hansıları.

2) Barlara girin. Məhz barlara, muzaylərə yox – elə məkanlara, harda ki şəhər həyatı qabağınızda tam açılır. Bar deyəndə mən gecə klubları nəzərdə tutmuram – mən o yerləri deyirəm, ki harda adi insanlar otururlar, içirlər, havadan da danışırlarvə həmişə ünsiyyətə açıqdırlar. Bir qəzet alın və gəlib gedən insanları müşahidə edin. Əgər kimsə sizinlə söhbətə başlayır, hətta adi söhbətə - qoşulun. Çünki siz sadəcə qapılara baxıb səyahət yolunuzun gözəlliyindən bəhs edə bilməzsiniz.


3) Açıq olun. Ən yaxşı bələdçi – o yerdə yaşayandır, şəhəri tanıyandır, şəhəri ilə qürur duyandır, agentlik üçün işləyən deyil. Küçəyə çıxın, söhbət eləmək istədiyiniz insanı seçin və nəsə ondan soruşun (poçt hardadır?). Əgər alınmadı bir başqası ilə cəhd edin – sizi əmin edirəm, ki siz özünüz üçün maraqlı insan, həmsöhbət tapacaqsınız.

4) Tək və ya - əgər evlisinizsə - həyat yoldaşınızla səyahət etməyi cəhd edin. Bu çətin ola bilər, sizə heç kim qayğı göstərməyəcək, amma yalnız bu üsul ilə öz doğma yerinizi tərk edib yeni məkanları kəşf edə bilərsiniz. Çünki qərib ölkəni qrup şəklində, öz doğma dilinizdə danışa-danışa, qrup rəhbərinin dediklərini edərək, sizin diqqətiniz qrupda olan söhbətlərdə qalacaq, nəinki gəzdiyiniz yerdə

5) Müqayisə eləməyin. Heç nə müqayisə eləməyin – qiymətləri, standartları, həyat keyfiyyətini, nəqliyyat vasitələrini, heç nəyi! Siz kiməsə nəyisə sübut eləmək üçün və ya göstərmək üçün səyahət eləmirsiniz – sizin məqsədiniz başqa insanların yaşam tərzləri ilə tanış olmaq, onlardan nəyisə öyrənmək, araşdırmaq, ki onlar müxtəlif situasiyalarda necə davranırlar.

6) Bilin ki, hamı sizi anlayır, siz xarici dili bilməsəz də belə, çəkinməyin. Mən dilini bilmədiyim çox yerlərdə olmuşam, və həmişə də dəstək almışam, kömək və hətta yeni dostları da tapmışam. Bəzi insanlar düşünürlər, ki əgər onlar tək səyahət edirlər və bir küçə ilə uzağa gediblərsə, aza bilərlər. Sadəcə yoxlayın, ki cibinizdə otelin vizit kartı olsun - ən pis halda – taksi saxlayıb onu sürücüyə göstərə bilərsiniz.

7) Çox şey almayın. Öz pullarınızı apara bilməyəcəyiniz şeylərə xərcləyin: maraqlı oyuna biletlər, restoranlar, ekskursiyalar. İndiki zamanda, dünya iqdisadiyyatı və İnternet vasitəsi ilə siz ürəyiniz nə istəsə əlavə xərcsiz ala bilərsiniz.

8) Çalışmayın, ki bütün dünyanı bir ay ərzində görəsiniz. Həftə ərzində 5 şəhəri səyahət etməkdənsə, bir şəhərdə dörd ya beş gün qalmaq daha yaxşı və maraqlıdır.


OXŞAR XƏBƏRLƏR