MADO indi də Şəmkirdə

Xəbərlər 13 Iyun 2014 00:00 4409
MADO indi də Şəmkirdə

Maraş dondurması ilə məşhur olan Türkiyənin MADO markasının tezliklə Şəmkir şəhərində yeni kafesi və şirniyyat evi açılacaq. Seyyah.az xəbər verir ki, bundan əvvəl ilk dəfə regionlardan Qəbələdə MADO kafesi açılmışdı. Bundan başqa markanın Bakıda 3 ünvanda kafesi və şirniyyat evi fəaliyyət göstərir.

Maraş dondurması ilə bərabər MADO müştərilərinə türk şirniyyatı, müxtəlif çeşiddə un məmulatları, içkilər, qəhvə və isti yeməklərlə bağlı xidmət göstərir.  

Qeyd edək ki, 1962-ci ildə MADO adı ilə Türkiyədə fəaliyyətə başlayan şirkətin hazırda 200-dən çox yerli və xarici şöbəsi fəaliyyət göstərir. Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Çin, Avstraliya, İraq, Cənubi Koreya və Bolqarıstanda şöbələri olan MADO şirkəti Azərbaycan bazarına2010-cu ildə daxil olub.

OXŞAR XƏBƏRLƏR