Dünyanın ən gözəl, görməli 10 binası

Xəbərlər 20 Avqust 2017 15:25 1420
Dünyanın ən gözəl, görməli 10 binası

Dünyanın ən çox satılan bələdçilərindən “Lonely Planet” Yer kürəsinin ən gözəl 10 binasını seçib. Seyyah.az portalı sey-yah.az saytına isytinadən memarlığa, tarixi binaları görməyə marağı olan izləyicilərimiz üçün həmin məlumatı təqdim edir.

 

Guggenheym Muzeyi, İspaniya

guggenheim compressor - Dünyanın ən gözəl, görməli 10 binası

Muzey Bilbaoda 15 il əvvəl açılıb. Yüz metrlərlə titan örtüklü lent şəklində uzanan bina müasir dövrün ən orijinal əsəri hesab edilir.

 

Potala Sarayı, Tibet

potala compressor - Dünyanın ən gözəl, görməli 10 binası

Llasada 1300 il əvvəl 7 min işçinin inşa etdiyi 13 mərtəbəli “Qış Ev” minlərlə otaqdan ibarətdir. Bina bu gün muzeydir və YUNESKO-nun Dünya İrsi siyahısında ilk yerlərdədir.

 

İsgəndəriyyə Kitabxanası, Misir

isgenderiye compressor - Dünyanın ən gözəl, görməli 10 binası

2300 il əvvəl tikilən İsgəndəriyyə Kitabxanası əsasında yaradılan yeni kitabxana dünyanın 7 möcüzəsindən biri sayılır. Burada hazırda 8 milyon kitab saxlanılır. Açılarkən “Mileniumun ilk böyük əsəri” kimi qəbul edilmişdi.

 

Saqrada Familia, İspaniya

Sagrada Familia compressor - Dünyanın ən gözəl, görməli 10 binası

Tarixin ən qeyri-adi memarı olan Antonio Qaudinin Barselonaya hədiyyəsi olan görkəmli qotik kilsənin tikintisi hələ başa çatmayıb. 2026-cı ildə, Qaudinin ölümünün yüzüncü ilində tikintisi tamamlanması planlaşdırılan kilsə xristianlığın ən yüksək məbədi olacaq.

 

Tac Mahal, Hindistan

taj mahal compressor - Dünyanın ən gözəl, görməli 10 binası

Bu bina şübhəsiz ki, dünyanın ən məşhur, həm də ən romantik tikililərindəndir. Şah Cahanın 14-cü övladını dünyaya gətirərkən ölən ikinci arvadı Mümtaz Mahalın xatirəsinə ağ mərmərdən tikdirdiyi bu bina hind şair Taqor tərəfindən “Sonsuzluğa qarşı tökülmüş gözyaşı” adlandırılıb.

 

İmam Rza məscidi, İran

emam reza compressor - Dünyanın ən gözəl, görməli 10 binası

İsfahanda 17-ci əsrdə inşa edilən məscid dünyada özünün işığa görə rəngi dəyişən solğun mavi-sarı çiniləri və 54 metrlik qübbəsi ilə dünyanın ən məşhur məscidləri arasındadır.

 

Krak des Cevalier, Suriya

Krak des Chevaliers compressor - Dünyanın ən gözəl, görməli 10 binası

Humus yaxınlarındakı səlib yürüşləri əsnasında inşa edilmiş bu ağ qala orta əsrlərin ən gözəl qalalarından biri olaraq YUNESKO-nun Dünya İrsi siyahısına daxil olub.

 

Oskar Niemeyer Muzeyi, Braziliya

oscar niemeyer compressor - Dünyanın ən gözəl, görməli 10 binası

Braziliya paytaxtının memarı olaraq xatırlanan Oskar Niemeyerin Curitiba şəhərində inşa etdiyi muzey bütün qeyri-adi sənət əsərləri kimi ya çox sevilir, ya da nifrət edilir. Amma kimsə bu göz şəklindəki fərqli quruluşa laqeyd qala bilmir.

 

Qış Sarayı, Rusiya

kish sarayi compressor - Dünyanın ən gözəl, görməli 10 binası

Rusiyanın Sankt-Peterburq şəhərindəki Qış Sarayını İkinci Yekaterina tikdirib. İndiki vaxtda dünyanın ən göz oxşayan kolleksiyalarına ev sahibliyi edən Ermitaj Muzeyi də bu binalar kompleksində yerləşir.

 

Aya Sofiya, Türkiyə

ayasofya compressor - Dünyanın ən gözəl, görməli 10 binası

6-cı əsrdə qısa müddət ərzində – cəmi 5 ilə tikilən 56 metr hündürlükdə və 31 metr enində bənzərsiz qübbəyə malik bu nəhəng bina Bizans İmperiyası dövründə kilsə, Osmanlı zamanında isə məscid kimi istifadə edilib. 1932-ci ildən bəri Aya Sofiya muzey kimi fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR