Bakıda yeni 5 ulduz hotel açılır - QİYMƏTLƏR

Xəbərlər 22 Avqust 2017 08:20 3351
Bakıda yeni 5 ulduz hotel açılır - QİYMƏTLƏR

Bakıda yeni 5 ulduz hotel fəaliyyətə başlayacaq.

Seyyah.az-ın məlumatına görə, bu “Rich Hotel Baku” hotelidir.

Yeni hotel paytaxtın Nərimanov rayonu ərazisində, Ələsgər Qayıbov küçəsində yerləşir.

 

Xəbərlərdə baxın: Bakının mərkəzində hotel satışa çıxarıldı - QİYMƏT

 

Hoteldə 118 deluks, 10 bitişik olmaqla 128 nömrə var.

“Rich Hotel Baku” hoteldə müştərilərə SPA, restoran-bar, görüş otağı, aeroport transferi, özəl hovuz partiləri, 24 saat resepşn və 24 saat otaq servisi, biznes mərkəz, internet xidmətləri, kitabxana, parkinq xidmətləri göstəriləcək.  

Otaq qiymətləri səhər yeməyi və vergilər daxil 110-130 manat ətrafındadır. 

Yeni hotel oktyabrın 1-dən fəaliyyətə başlayacaq. 

OXŞAR XƏBƏRLƏR