Çempionlar Liqasına biletlər almaq mümkündür - AZƏRBAYCANDA

Xəbərlər 22 Avqust 2017 12:49 1658
Çempionlar Liqasına biletlər almaq mümkündür - AZƏRBAYCANDA

İdman yarışları arasında ən çox seviləni və bütün dünyada daim maraqla izlənəni futboldu desək yəqin ki, yanılmarıq. Qarşıdan artıq yeni futbol mövsümü yaxınlaşır. Artıq Çempionlar Liqasının play off oyunlarına da start verilib. Bu isə o deməkdir ki, çoxları öz evlərindən oturub bu həyacanlı oyunlara baxsa da bəziləri bu oyunlara keçirildiyi yerdə tamaşa etmək istəyir. Bəs görəsən bu zaman biletləri haradan əldə etmək olar? Yəqinki bir çox futbol azarkeşləri xarici ölkələrdə keçirilən oyunlara bilet almaq istərdi. Hazırda Avropada keçirilən futbol yarışlarına yalnız online olaraq əcnəbi saytların təşkil etdiyi xidmətlərdən istifadə edirlər. Bəs görəsən yerli turizm şirkətləri bu sahədə hər hansı bir xidmət təklif edirlərmi.?

Seyyah.az turizm portalı xəbər verir ki, fins.az-a müsahibə verən Spectr travel turizm şirkətinin meneceri Pərviz Əliyev  çalışdığı şirkətlə yanaşı ölkədə bir neçə yerli turizm şirkətinin xaricdə keçirilən idman yarışlarına bilet satdıqlarını bildirdi. Şirkət meneceri əsasən biletlərin xaricdə keçirilən böyük tennis, formula 1, qolf və futbol yarışlarına təşkil etdiklərini bildirdi. Pərviz Əliyev Spectr travelin Dünya İdman Assosasiyasına üzv olduğunu söylədi. Bilet qiymətlərinə gəlincə isə oyunlara biletlərin qabaqcadan sifariş olunmalı olduğu bildirildi. Belə ki, bu zaman bileti, daha ucuz əldə etmək şansı olur deyə şirkət rəsmisi qeyd etdi. Yarışlara az müdət qalanda isə bilet qiymətləri bəzən 10 dəfəyə qədər bahalaşa bilər.

Şirkət meneceri hazırda xaricdə keçirilən idman yarışları ilə bağlı onlara elə də çox müraciətlərin olmadığını bildirdi.

Məlumat üçün bildirək ki, xaricdə keçirilən futbol yarışlarına müxtəlif əcnəbi saytların təqdim etdiyi saytlardan da online biletlar almaq olar. Misal olaraq sentyabrn 9-da La Liqa oyunları çərçivəsində Barselona Kamp Nou-da Espanyol komandasına qəbul edəcək. Oyuna online bilet satışları 99 – 995 avro arasında dəyişir . Qeyd edək ki, bilet qiymətləri yerindən asılı olaraq dəyişir. 995 avroya VİP yerlər hesab olunur.

OXŞAR XƏBƏRLƏR