Qatarların Bakıdan yola düşmə yeri dəyişdi - XƏBƏRDALIQ

Xəbərlər 22 Avqust 2017 13:03 1036
Qatarların Bakıdan yola düşmə yeri dəyişdi - XƏBƏRDALIQ

Bakıdan qatarla yola düşənləri xoşagəlməz sürpriz gözləyir. Artıq sərnişinlər qatara Bakı Dəmiryol Vağzalından deyil, şəhər kənarından minə biləcəklər. Seyyah.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Məlumata görə, Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı  olaraq qarşıdakı 35 gün müddətində bu yolda «Texniki fasilə» verilərək hərəkət dayandırılıb. Nəticədə 22.08.2017-ci ildən 26.09.2017-ci ilədək olan müddətdə Bakıdan yola düşən qatarların sərnişinləri qatara Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə minə biləcəklər. Bu, ölkədaxili sərnişin qatarlarına, Bakı -Sumqayıt və Bakı -Yalama elektrik qatarlarına aiddir. 

OXŞAR XƏBƏRLƏR