«Buta Airways»«AZAL»dan da baha çıxdı? – MÜQAYİSƏ

Xəbərlər 22 Avqust 2017 14:36 1796
«Buta Airways»«AZAL»dan da baha çıxdı? – MÜQAYİSƏ

Azərbaycandan xaricə ucuz qiymətə uçuşlar həyata keçirmək üçün yaradılan və təqdim edilən «Buta Airways»ın qiymətləri bəzi hallarda nəinki ucuz olmur, hətta bahalığına görə, digər şirkətləri də geridə qoyur. Seyyah.az urizm portalı məlumat verir ki, bu barədə bəzi Facebook istifadəçiləri «Buta»nın qiymətlərilə maraqlandıqdan sonra məlumat yayıblar.

 

Şəbəkə istifadəsisi Vüqar Baba yaxır ki, onun seçdiyi istiqamətlərə «Buta»nın qiyməti, ənənəvi olaraq baha qiymətləri ilə seçilən «AZAL»dan da baha olub.   

 

«Müqayisə üçün indicə #Lowcoster'in saytından və ümumi bir saytdan eyni tarixlər üzrə axtarış etdim. Məsələn Bakı - Sankt Peterburq - Bakı üzrə bizim "ekonom" aviaşirkət 2 nəfəri 530 manata (1 nəfəri 265 manata) aparıb gətirərkən elə bizim bahalı#Azal'la həmin tarixlərdə eyni istiqamət üzrə 2 nəfər 430 manata (1 nəfər 218 manata) səyahət edə bilər.

 

Həm də bu uçuşlar zamanı "Buta"da təyyarənin göyərtəsinə əliboş girməlisiniz - əl çantası götürə bilməzsiniz, özünüzlə maksimum 10 kiloqramlıq baqaj götürə bilərsiniz (əlavə ödənişlə və bu ödənişi nəzərə almışam yuxarıdakı qiymətdə), içəridə isti yemək verilmir, yalnız sandviç verəcəklər. Təyyarədə yer seçmək imkanınız da yoxdur. Bu seçimlərdən faydalanmaq istəsəniz hər biri üçün əlavə 25-30 dollar ödəməlisiniz.

 

Amma "Azal"la uçarkən 20 kq baqaj + 8 kq əl çantası, isti yemək və oturacaq seçmək imkanınız biletə daxildir»-deyə istifadəçi yazır.

OXŞAR XƏBƏRLƏR