Yeni turizm nəqliyyat şirkəti yaradıldı - FƏRQLİ QİYMƏTLƏR

Xəbərlər 23 Avqust 2017 09:58 989
Yeni turizm nəqliyyat şirkəti yaradıldı - FƏRQLİ QİYMƏTLƏR

Azərbaycanda turizm-nəqliyyat xidmətləri göstərən yeni firma fəaliyyətə başlayıb. Şirkətin təsisçisi Rəşad Quliyev seyyah.az-a bildirib ki,  «Chauffeur service» həm turist şirkətlərinə, həm də ayrı-ayrı müştərilərə nəqliyyat xidmətləri göstərəcək. Qiymətləri olduqca münasib olan şirkət artıq turizm firnmaları ilə müqavilələrin imzalanmasına başlayıb. 

«Əsas xidmətimiz qonaqları hava limanında qarşılayaraq hotelə çatdırmaqdır. Amma bundan başqa, turlar da təşkil edirik»-deyə R.Quliyev bildirir. «Chauffeur service»nin avtomobilləri təmiz, sürücüləri isə davranışı ilə seçilirlər. Müxtəlif dillərdə danışa bilən gidlər isə qonaqlar üçün maraqlı ekskursiyalar təşkil etməyə imkan verir. Ekskursiyalar  Bakı şəhəri və ondan kənardakı tarixi-göjrməli yerlərə təşkil edilir. «Yanardağ, Qobustan, Atəşgah turlarımız var. Bundan başqa, Quba, Qəbələ və Şəkiyə də turlar təşkil edirik». 

Firmanın təqdim etdiyi qiymətlərin aşağı olması onu digər rəqimlərinə nisbətən daha cəlbedici edib. Belə ki, bazarda yeni model «Vito» ve ya «V klass» avtomobillərin Bakı şəhəri ərazisində 1 günlük istifadəsi 250-300 manat olduğu halda «Chauffeur service» bunu 180-200 manat arasında təqdim edir. Eyni avtomobillərlə Qəbələyə səyahət başqa şirkətlərdə 350 manata başa gəldiyi halda «Chauffeur service»də bu 250 manatdır. 

Adi halda aeroport transferi 50 manata, yeni modellə isə 70 manat olduğu halda, yeni şirkətdə bu rəqəmlər 40 və 50 manat təşkil edir.  

Digər qiymətlərə gəlincə, «Mercedes 447» kuzalı 9 yerlik yeni model ilə hava limani - hotel transferi 50-60 AZN-ə, Bakı şəhəri ərazisində icarə 150 AZN-ə, Qubaya tur 200 AZN-ə, Qəbələyə 230 AZN, Şəkiyə isə 280 AZN-ə başa gəlir. 

Bakı şəhəri ərazisində göstərilən xidmətə alman, ingilis, rus və türk dillərində GID və qonaqların tarixi yerlərə gəzdirilməsi də aiddir. Şirkət hər növ dövlət və özəl qonaqların transferi və daşınması xidmətlərini həyata keçirir. 

Şirkətlə (+994 50) 355 00 75) telefonu və ya www.facebook.com/mypersonallydriver/?pnref=lhc profili vasitesile  ilə əlaqə saxlamaq olar. 

OXŞAR XƏBƏRLƏR