Avropada böyük turist axınının yaşandığı şəhərlərdə turistlərə qarşı hiss edilən narazılıqlar artmağa başlayıb.
Fransa və ABŞ-dan sonra dünyada ən çox turist qəbul edən üçüncü ölkə olan İspaniyanın Barselona, Palma, Bilbao, Valensiya və San Sebastian şəhərlərində turistlərə qarşı etiraz aksiyaları təşkil olunur.
Bəzi Avropa ölkələri də əcnəbilərə qadağalar və cəzalar tətbiq etməyə başlayıblar.
Turizmə qarşı qaydaları sərtləşdirən bəzi ölkələrdəki vəziyyəti nəzərdən keçirdik.
İSPANİYA
İldə 32 milyon turist qəbul edən Barselonada bələdiyyənin keçirdiyi araşdırmaya əsasən əhali turizmi işsizlikdən sonra ən böyük problem olaraq gördüyünü müəyyən edib.
Turistlərə qarşı tədbirlər təşkil edən fəalların güclənməsi kütləvi turizmin əhalinin güzəranı və yaşama standartlarına təzyiqin artmasıyla əlaqələndirilir.
Barselonada "Turistləri istəmirik!", "Turistlər evinizə qayıdın!" yazıları diqqəti cəlb edir.

Burada yeni otellərə lisenziya verilmir, Mayorka və İbizada Airbnb saytı üzərindən kirayə edilən evlərə qarşı nəzarət gücləndirilib.
Maqalufda, xüsusilə də sərxoş ingilis turistlərinin iştirakı ilə, baş verən insident hallarının artması ardınca spirtli içki almaq üçün yaş həddini təsdiqləmək tələb olunur.

Barselonada "Turizm şəhəri öldürür" posteri
İstirahət yerlərində ağaclara dırmanan, təyyarələrə lazer işığı tuşlayan və çimərlik duşlarında sabundan istifadə edənlərə qarşı 100-599 avro arasında cərimələr veriləcək.
Turizmə qarşı tənqidləri qəbul etməyən İspaniyanın baş naziri Mariano Rajoy deyib ki, turistlərin üzünə qapılar həmişə açıqdır.
"Bir gün turistləri müdafiə etmək məcburiyyətində qalacağımı heç düşünməmişdim. Turistləri əllərimizdə "Xoş gəlmisiniz hörmətli turistlər!" şüarı ilə qarşılanmalı olduğunu deyə bilmərəm.
Amma ölkəmizdə pul xərcləyən insanları qovmamalıyıq. Bu ağılasığmaz bir şer şeydir".
İspaniyanın turizm naziri Alfredo Retortill də turistlərə qarşı əhval-ruhiyyəni pisləyib.
Fotonun müəllifiGETTY IMAGES
Yunanıstanın Korfu adasında fəallar adanı "çirkli bir cənnətə" çevirdiklərinə görə ingilis turistlərə qarşı tədbir görməyə çağırır.
Kavos Mədəniyyət Cəmiyyətinin başçısı Vagelis Aspiotis "Turistlər çox dəyişib. Bar sahibləri gəncləri istəyir. Gənc turistlər gün ərzində pul xərcləmirlər. Çünki bütün gecə içdikdən sonra günortaya qədər yatırlar. Kafelərə getmirlər, sadəcə kabab alırlar" deyib.
İtaliya

Venesiyada turistlərin sayını 70 minlə məhdudlaşdırmaq barədə planlar acıqlanıb.
Şəhərdə ictimai yerlərdə piknik edən və ya çimərlik paltarı ilə gəzən turistlərə qarşı cərimələr barədə qərar qəbul edilib.
Körpülərin üzərində toplaşan, buraları çirkləndirən və kanallara tullanan turistlərə qarşı 25-500 avro arası cərimə kəsiləcək.
Paytaxt Roma-da turist sayının artması səbəbiylə bələdiyyə gecə küçələrdə spirtli içki qəbul edilməsini, supermarketlərə isə gecə saat 10-dan sonra spirtli içki satmasını qadağan edib.

Milanda "selfi" çubuqları qadağandır
Barlarda isə gecə saat ikidən sonra içki yalnız içəridə qəbul edilə bilər.
Milan-da çirkliliyin və anti-sosial davranışlarla mübarizə aparmaq məqsədiylə selfi çubuqları, şüşə butılka və yemək satan səyyar vasitələr qadağan edilib.

Xorvatiyanın Hvar adasında küçədə spirtli içki qəbul edənlərə, çimərlik paltarı və ya üst geyimi olmadan gəzənlərə 700 avro pul cəzası tətbiq ediləcək.
Hvar bələdiyyə başçısı Rikardo Novak "Gənc turistlərə qapımız hələ də açıqdır. Amma necə davranacaqlarını öyrənmək məcburiyyətindədirlər" deyib.
Novak xüsusilə də gənc turistlərin yollara qusduqlarını, istədikləri yerdə təbii tələbatlarını ödədiklərini və üst geyimi olmadan gəzdiklərini söyləyib.
Mənbə: bbc.com