Vizasız gedəcəyimiz Avropa ölkəsində Qurban bayramı keçirmək neçəyədir? - QİYMƏTLƏR

Xəbərlər 23 Avqust 2017 17:10 597
Vizasız gedəcəyimiz Avropa ölkəsində Qurban bayramı keçirmək neçəyədir? - QİYMƏTLƏR

Azərbaycanın turizm şirkəti sentyabrın 3-də Makedoniyaya 3 gecə 4 günlük turpaket təqdim edir. Seyyah.az xəbər verir ki,  azərbaycanlılər üçün bu ölkəyə səfər edərkən viza tələb olunmur. Belə ki, Makedoniyada iki nəfərlik 3 gecə 4 gün istirahət 1454 dollara başa gələcək. Bu qiymətə Bakı-Doha-Skopye gediş-gəliş aviabileti, 4 gün oteldə qonaqlama və səhər yeməyi daxildir.

Skopyedə siz Vardar çayı üzərindəki daş körpüyə səfər edə bilərsiz. Bu körpü Skopyenin simvolu hesab olunur. Həmçinin 15-ci əsrdə tikilmiş Davut Paşa hamamı və Minilliyin Xaçı (Mileniumski Krest) kimi əsas turizm obyektlərinə də baş çəkə bilərsiz. 

OXŞAR XƏBƏRLƏR