Həftəsonu yaxınlaşır bu isə o deməkdir ki, kimlər üçün bir, kimlər üçün isə iki günlük istirahət günləri olacaq. Bəs bu günləri harada daha yaxşı və fərqli keçirmək olar. Seyyah.az turizm və səyahətlər portalı oxucularının bu suala cavab tapması üçün həftəsonu baş tutacaq turları və maraqlı tədbirləri təqdim edir.
Bu həftəsonu bir neçə bölgəyə bir və iki günlük turlar təşkil edilir. Bir günlük turlar aşağıdakı istiqamətlərə olacaq.
Şəki – 23 manat
Şəki – Oğuz – Qəbələ - 25 manat
Quba-Qusar 23 manat
Lahıc – 22 manat
Qəbələ - 21 manat
Tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, bələdçi xidməti və limitsiz fotosessiya daxildir.
Qəbələ
KomandoTour turizm şirkəti də həftəsonu Qəbələyə bir günlük tur təşkil edəcək. Tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, limitsiz fotosessiya, Tufandağ kompleksinə giriş, Qəbələnd əyləncə mərkəzinə giriş, Nohur gölə ekskursiya və Duyma oteldə nahar daxildir. Turun qiyməti 32 manatdır.
“URBAN FESTİVAL”
Bundan başqa həftəsonu Qubada Avqustun 27 -i saat 13:00-da “Şahdağ” Turizm Mərkəzi və Red Bull-un təşkilatçılığı ilə “URBAN FESTİVAL” adlı tədbir keçiriləcək.
festivalda skeytbordçular, dağ velosipçiləri komandası, qraffiti rəssamları, bitbokserlər və kreativ rəqqaslar iştirak edəcək. Skeytbordçular, dağ velosipedçiləri və sonda rəqqaslar arasında “All For One” adlı rəqs yarışması keçiriləcək. Birinci yerin sahiblərinə “Red Bull” və “Şahdağ” Turizm Mərkəzi tərəfindən hədiyyələr veriləcək.
Yuxarda qeyd olunan yarışlara canlı baxmaq və həftə sonunu Şahdağda keçirtmək etmək arzusunda olanlar tədbirə qatıla bilərlər. Avtobuslar festivala qatılmaq istəyənləri “Gənclik” metrostansiyasının çıxışında saat 09:00-da gözləyəcək. Bakı – Şahdağ – Bakı marşurutu üzrə transport xidməti: 10 manatdır. Yaş məhdudiyyəti yoxdur.
İki günlük turlar
Həftəsonu Mingəçevir Göygöl və Maralgölə iki günlük tur təşkil edilir. Tura nəqliyyat, iki gün Mingəçevirdə oteldə qonaqlama, tur müddətində 4 dəfə qidalanma, Mingəçevirdə gəmi gəzintisi və Göygöl, Maralgölə ekskursiyalar daxildir. Turun qiyməti 119 manatdır.
Digər həftəsonu iki günlük tur Qax-Zaqatala-Balakən və Gürcüstana olacaq. Səfərin müddəti 2 gecə 3 gündür. Tura nəqliyyat, 1 gecə Zaqatalada oteldə qonaqlama və 1 gecə Gürcüstanda İlya gölü ətrafında yerləşən oteldə qonaqlama və səhər yeməkləri daxildir. Turun qiyməti 129 manatdır.
Əgər uzaq səfərə çıxmaq istəmirsizsə o zaman həftəsonunu kinoteatrlarda Azərbaycanda premyeraları baş tutacaq filmlərə tamaşa etməklə keçirə bilərsiz. Belə ki, kinoteatrlarda 12:00-dan 17:59 dək nümayiş olunan 2D formatlı filmlərə bilet 5 manat. Həmin vaxtlarda nümayiş olunan 3D formatlı filmlərə tamaşa isə 6 manatdır. Axşam seanslarında 6-dan sonra 2D formatlı filmlərə bilet 6 manat,3D formatlı filmlərə bilet isə 8 manatdır. Bundan başqa 25 manat ödəməklə VIP zallarda da filmə tamaşa etmək olar. Bu cür zallar 4 sıradan ibarət olur.