Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi və etmək istədiyi Avropa şəhərlərindən biri də Barselonadır. Əla təbiəti, tarixi binaları və görməli yerləri ilə Barselona nəinki Avropanın, hətta bütün dünyanın ən populyar turizm istiqamətlərindən biri sayılır.
Seyyah.az turizm portalı səyahətçi Najmaddin Travelerə istinadən Barselonaya ən aşağı qiymətə başa gələcək turu təqdim edir.
Bura təyyarə bileti, hotel və ya hostel (hər iki variantın qiyməti göstərilib), elecə də viza xərcləri daxildir.
Beləliklə:
BARSELONA şəhərinə gediş-dönüş cəmi 407 AZN
BİLETLƏR:
Tiflis-Barselona-Tiflis (İstanbul çarter) "Pegasus hava yolları"
24 Noyabr-5 Dekabr (uçuş tarixləri)
HOSTEL və OTEL:
24 Noyabr-5 Dekabr tarixləri aralığında Barselona şəhərində ən ucuz HOSTEL "Mellow Barcelona"dır. 1 nəfər üçün nəzərdə tutulmuş 1 gecəlik məbləğ 20 AZN-dir. Mərkəzdə yerləşir.
24 Noyabr-5 Dekabr tarixləri aralığında Barselona şəhərində ən ucuz OTEL "Hotel & Spa Villa Olimpica Suites"dir (4 ulduz). 1 nəfər üçün nəzərdə tutulmuş 1 gecəlik məbləğ 120 AZN-dir (səhər yeməyi daxil). Mərkəzdə yerləşir. Lyuks oteldir, qiymətə daxil olan servisləri qeyd etmədim.
VİZA:
TƏLƏB OLUNAN SƏNƏDLƏR:
-Xarici pasport
-Şəxsiyyət vəsiqəsi
-Səyahət sığortası
-Viza rüsumunun ödənilməsini təsdiq edən sənəd (35 avro)
-Gediş-gəliş biletinin bronu
-İş yerindən/Təhsil müəssisəsindən arayış
-Bankdan arayış/Yaşayış xərclərinin ödənəcəyinin sübutu
-Mehmanxana sifarişinin təsdiqi/Dəvət məktubu
-Şəkil 3.5x4.5
-Ərizə forması
-Xarici pasport
QEYD: İspaniya vizasını əldə etmək üçün Fransa səfirliyinə müraciət etmək lazımdır!