İyulun 20-də Şəkidə Beynəlxalq Şirniyyat Festivalı keçiriləcək. Seyyah.az xəbər verir ki, festival bütün dünyada iyunun 20-də qeyd edilən Şirniyyat Günü münasibəti ilə Milli Kulinariya Mərkəzi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı təşkil olunur. Azərbaycanda belə festival bu günədək 4 dəfə keçirilib. Əvvəlki festivallar Bakıda baş tutsa da, bu dəfə Şəkidə keçirilməsi daha məqsədəuyğun sayılıb. Əsas səbəb isə Şəki şirniyyatlarının özünəməxsusluğu ilə seçilməsidir. Festivalda Şəki kəndlərinin, ətraf 20 rayonun və 15 ölkənin iştirakı planlaşdırılıb.
Festivalın qalibi xaricdən gələcək mütəxəsislərdən ibarət münsif heyəti tərəfindən seçiləcək. Qaliblərə mükafatlar veriləcək.