Dünyanın ən yaxşı aviaşirkətində uçuş necədir – FOTOLAR

Dünyanın ən yaxşı aviaşirkətində uçuş necədir – FOTOLAR
Xəbərlər 28 Avqust 2017 13:24 806
Dünyanın ən yaxşı aviaşirkətində uçuş necədir – FOTOLAR

Massaj kresloları qurulmuş ayrıca kupe, spa-duş, eksklüziv alkoqollu içkilərlə dolu bar və şef-aşpazın məxsusi hazırladığı nahar – necə dəyərlər, özünü kral kimi hiss etmək üçün lazım olan hər şey!

 

Seyyah.az xəbər verir ki, 2017-ci ildə TripAdvisor saytı «Emirates»i ldünyanın ən yaxşı avişirkəti seçib. Bunun üçün TripAdvisor sərnişinlərdən gələn milyonlarla rəyi öyrənib. Müxtəlif amillər nəzərə alınıb, məsələn ayaqlar üçün geniş yer, kresloların rahatlığı, müştərilərə xidmət, təmizlik, yemək-içmək, eləcə də qiymət-keyfiyyət uyğunluğu. Diqqətlə aparılan araşdırma və müqayisələrdən sonra Yaxın Şərq şirkəti fəxri birinci yerə layiq görülüb.

«Emirates»32 il bundan əvvəl yaradılıb və ekonom  sinifdəki  rahatlıq,  eləcə də, birinci sinifdəki dəbdəbəyə görə bütün dünyada məşhurlaşıb. Doğrudur, bu şirkətdə birinci siniflə uçuş biletləri ucuz deyil: məsələn, Londondan Dubaya və əks istiqamətdə uçuş 4,8 min dollara başa gələcək. Amma buna dəyər, həmin məbləğ müqabilində  «Emirates» öz müştərilərinə unudulmaz təəssüratlar və hisslər bəxş edir.

Beləliklə, «Emirates»in A380 təyyarəsində birinci sinifdə uçuşlar belə keçir.

Qeyd etdiyimiz kimi, «Emirates» məhz səyahətçilərin rəyinə görə, 2017-ci ilin ən yaxşı şirkəti seçilib. Bu təəccüblü deyil – görün, şirkətin birinci və biznes sinif müştəriləri təyyarəni hansı şəraitdə gözləyirlər. «Emirates»in məşhur gözləmə zalı belədir. 

Əgər siz birinci siniflə uçan müştərisinizsə, minik zamanı sizi bort bələdçisinin özü şəxsən arşılayır. O sizi yerinizə qədər ötürüb, şirkətin adından bir bokal şampan təklif edəcək. Burada siz digər salondan ayıran və qapıları olan məxsusi kupe gözləyir. Kreslonun söykənəcəyi rahat şəkildə üfiqi vəziyyət alır  və siz artıq çarpayıdasınız.  Bütün şərait elə yaradılıb ki, müştəri özünü lüks hoteldə hiss edir.

Kupedə sizi kiçik kosmetika çantası gözləyirburada Bvlgari firmasına məxsus tualet əşyaları, üz qırxmaq üçün krem, diş fırçası, diş pastası və dezodorant var.

Kupe parlaq ağac panellər və qızılla işlənib. «Emirates»in A380 təyyarəsində cəmi 14 ədəd birinci sinif yeri var, ona görə də hər bir müştəriyə personal xidmət göstərilir.

Əgər yerdən 12 kilometr hündürlükdə düş qəbul etmək istəsənizproblem deyil, vannı otağı və 2 spa-duş (üstəlik də qızdırılan döşəmə ilə) sizin xidmətinizdədir. Amma vanna otağında maksimum yarım saat qalmaq olar, su isə 5 dəqiqə axacaq. Duşdan otağa qayıdanda sizi meyvə və bal olan boşqab gözləyir.

«Emirates»in birinci sinifi ilə uçanda şef-aşpaza istənilən vaxt nahar sifariş etmək olar. Nahar yeməyi sümükdən hazırlanmış Royal Doulton çini qablarında gətiriləcək. Arzunuzan asılı olaraq bort bələdçisi sizin kupeni mini restorana çevirəcək.

Uçuş zamanı müştərilər interaktiv monitorda filmlərə baxıb, video oyunlar oynaya bilərlər.

Birinci sinifdəki bütün kreslolarda masaaj funksiyası var. Masaja başlamaq üçün interaktiv paneldəki düyməni basmaq kifayətdir.

Bu paneldə masajın intensivliyini və növünü seçmək olar. Eləcə də panel vasitəsilə işıqlandırma rejimini seçmək və kupenin qapısını açıb-bağlamaq olar.

Avtomatik mini-barda isə çoxlu saylı alkoqolsuz içkilər var.

Amma əgər ürəyiniz alkoqol istəsə, ayrıca bar sizin xidmətinizdədir. Burada elit içkilər, çaxır, kokteyl və şampan, o cümlədən məşhur «Dom Perignon» var. Barın ətrafında  əyləşmək üçün kifayət qədər yer var.

«Emirates»in birinci sinifində hətta «Hennessy Paradis» kanyakı da sifariş etmək olar. Bu hazırda dünyada təyyarələrdə satılan ən bahalı içkidir – şüşəsi 745 dollardan başlayır.

Doğrudur, «Emirates»də birinci siniflə uçmaq ucuz deyil – 4,8 min dollar. Amma əvəzində şirkət sizi kral ailəsinin üzvü kimi qəbul edir. Üstəlik, belə müştərilər eniş zamanı təyyarəni hamıdan əvvəl tərk edirlər.

OXŞAR XƏBƏRLƏR