Saqqız yapışdırmaq 1220 dollar, zibil atmaq 600 dollar – SİNQAPURAKI CƏRİMƏLƏR

Xəbərlər 29 Avqust 2017 01:36 1962
Saqqız yapışdırmaq 1220 dollar, zibil atmaq 600 dollar – SİNQAPURAKI CƏRİMƏLƏR

Sinqapurda olsanız, birdən bilməzsiniz, yerə zibil atarsınız, ya da ağzınızdakı saqqızı harasa yapışdırasınız. Dəhşət! Heç təsəvvür etməzsiniz ki, nə gözləyir. Sizi sadəcə bu hərəkətə, ümumiyyətlə Sinqapura gəlməyə peşman edəcəklər.

 

Seyyah.az Sinqapurdakı qayda-qanunu və onu yaratmağa imkan verən cərimə-cəzaları təqdim edir  

 

Hələ 40 il əvvəl bu Cənub-Şərqi Asiyanı ölkəsinin küçələri çirkab içində batırdı, lakin indi burada kristal təmizlik hökm sürür. Sərt cəzalar sistemi sayəsində burada narkotiklərin alveri getmir, cinayətkarlıq demək olar ki, mövcud deyil.

 

Mən açıq havada yerləşən qəlyanaltıda oturaraq yerli iş adamı Çanq ilə söhbət edirəm. Sinqapurdakı vəziyyəti şərh edərkən Çanq siqaretləri bir birinin ardınca çəkir, kötükləri isə səliqə ilə ofisdən özü ilə gətirdiyi dəmir qutunun içinə yığır. Söhbət başa çatdıqdan sonra iş adamı yaxındakı zibil qabına – təxminən yüz metr aralıda - doğru gedir və kötükləri oraya tullayır (İctimai yerdə zibili atmağa görə cərimə - 500 yerli dollardır (610 ABŞ dolları) – Müəll.) – çanq bildirir – Bilirsiniz, sadəcə məndə uşaqlıqdan bir refleks yaranıb: konfet kağızını yolun ortasına atmaq olmaz, dərhal cərimələyərlər. İndi də hər yanda kameralar quraşdırlıb” Və doğrudan da – Sinqapurda şəhərin mərkəzindəki səkilər muzeydə olduğu qədər təmizdir. Çanq danışır: üç ay əvvəl onun qonşusunun 18 yaşlı oğlu qədimi stunlu binanın divarını qraffiti ilə bəzəmişdi. Məhkəmə oğlanı vandalizmdə günahkar bildi və onu şallaqlanmaya məhkum etdi. “Nə?!” – “Təsəvvür edin. O, ağac dəyənəklə yumşaq yerindən on zərbə aldı və bir həftə həbsxanada keçirdi. Bizdə ümumiyyətlə cismani cəzalar nadir hal deyil”.

 

Sinqapurda yüksək həyat səviyyəsi və həddən artıq sərt qanunların bir yerdə necə uyğunlaşmasını “AиФ” icmalçısı yerində aydınlaşdırıb.

 

Oxumayın və yemləməyin

«Burada heç kim ölüm hökmünü ləğv etmək barədə düşünmür, - vəkil Viktor Li Honq izah edir, - Və hökumət çoxdan bu barədə həm Avropa İttifaqının, həm də ABŞ fikirlərinə tüpürüb. Əgər  adam böyük həcmdə narkotiklər partiyası gətirirsə və ya onun alverini edirsə - onun cəzası dar ağacıdır. 2002-ci ildə Çanqi hava limanında 22 yaşlı Avstraliya vətəndaşını saxladılar: o, özü ilə 400 qr kokain aparırdı. Avstraliya baş naziri sanksiyalarla hədə-qorxu gəlməklə, beynəlxalq hüquq müdafiəçiləri və hətta Roma papası onun müdafiəsinə qalxdılar. Lakin yenə də oğlanı sonda asdılar. Bundan sonra narkokuryerlər ciddi cəhdlə bizim ölkədən yan keçirlər. Məsələ bundadır: Sinqapurda qanuniləşdirilib ki, təkcə sadə və varlı olmayan insanlar deyil, HAMI bir nəfər kimi qanunlara riayət etməlidir. Vacib deyil sən kimsən – milyonçu, vitse-premyer, tanınmış aktyor və ya Avropa İttifaqı sakini. Göstərilən halda bir variant mümkündür: əgər səndə yarım kiloqram kokain taparlarsa, səni asacaqlar».

Подробнее

Sinqapurda gəzərkən bir sürü xəbərdarlıqların olduğu lövhələrin olduğu ilə üzləşir, lap məətəl qalırsınız – axı bu şəhər-dövlətdə nə qədər qadağalar var! Misal üçün, çeynəmək üçün saqqız yalnız əczaxanalarda satılır və onu almaq üçün mütləq həkimin resepti (!) lazımdır. Turist gələn zamanı saqqızını əlindən almırlar, lakin kifayətdir ki, “rezini” metroda bir yerə yapışdırasan, dərhal 1 min yerli dollarda (1220 ABŞ dolları) cərimə ediləcəksən. Dörd gündə mən iki nəfər insana rast gəldim ki, onların boyunlarında “Mən zibilləmişəm” lövhəsi asılmışdı. Zibil qabından kənara atılmış siqaret kötürüyünə görə cərimədən başqa tez-tez “süpürgəçiliyə göndərilmə” kimi cəzaya da məhrum edirlər:  bir həftə ərzində park və çimərlikləri təömizləməli olursan. İctimai ayaqyolunda özündən sonra suyu buraxmağı unutmuş “cinayətkar” 100 ABŞ dolları cərimə ödəyir, kiçik ehtiyacını liftdə qarşılamaq  cəhdi zamanı isə yaşayış binasının liftində xüsusi detektor işə düşür – qapılar blok olur və polisə xəbər göndərilir. Tamamilə ekzotik olan qanunlar içərisində - göyərçinlərin küçədə yemlənməsinin, küçədə mahnı oxunmasının və hətta otaq bitkilərinin həddən artıq sulanmasının (!) qadağan edilməsi də var: belə hesab edilir ki, suyun bolluğu ağcaqanadları cəlb edir. Yanğınlardan uzaq qaçmaq üçün siqaret çəkənlərə metroya alışqan keçirmək qadağası qoyulub, yoxsa 5 min Sinqapur dolları (6100 ABŞ dolları) cərimə edilmək olar. Ümumilikdə isə belə bir fikir yaranır ki, nə qədər çalışırsan çalış, amma yenə nəyi isə mütləq pozmalı olacaqsan.   

 

Şallaqlayacaqlar və cərimə edəcəklər

«Bu heç də belə deyil, - Məhəmməd Kabir-Kacariyyə, yerli turizm agentliyinin sahibi məni fikrimdən daşındırmağa çalışır. xüsusi ilə fantastik olan qanunlar bizdə kağız üzərində mövcuddur və son iyirmi ildə mən heç görməmişəm ki, onların pozulmasına görə kimisə cəlb etsinlər. Onlar niyə qalıb? Çünki vətəndaşları rahatlaşmasınlar. Əsas qaydalara riayət olunmasına ciddi nəzarət edirlər. Deyək ki, yetkinlik yaşına çatmayana köşkdə siqaret satarlarsa, onda zəncir boyunca hamı cəzalandırılacaq: mağazanın sahibi böyük məbləğə cərimə ediləcək.  qaydanı pozan dəyənəklə “yumşaq” yerindən cəza alacaq, satıcını da şallaqlayacaq və həbsxanaya atacaqlar. Məhz bu qədər sərt qanunların sayəsində Sinqapurda hüquq pozuntuları nadir hallarda baş verir. Haqq qazandırmaq olar? Hələ yetmişinci illərdə bizim yollarda xaos baş verirdi – sürücülər işıqforları vecinə almır, necə istəyir sürür, sərxoş halda sükan arxasına otururdular. Cərimələrin daxil edilməsindən sonra bir ildə hamı sakitləşdi.  İndi bir pors viski içən sürücü bilir: əgər saxlasalar polis onu rüşvət alıb buraxmayacaq, mənzilin qiyməti həcmində cərimə edəcək və bir neçə illiyinə həbsxanaya  göndəriləcək».

Подробнее

Qorxudan təmizlik

Əksər xaricilərə Cənub-Şərqi Asiyadakı şəhər-dövlət “ölüm düşərgəsi”nin bir növü kimi gəlir. 1993-cü ildə amerikalı yazıçı Uilyam Gibson Sinqapuru “ölüm hökmünün olduğu Disneylend” adlandırmışdı – ABŞ-dan olan qonağı sakinlərin ümumi varlılığı, “hava limanının qorxudan təmizliyi” və “mədəniləşdirilmiş təbiət” vahiməyə salmışdı. Yəni ki, belə hallar qeyri-təbiidir, süni görünür və prinsip etibarı ilə belə olmamalıdır.  Sinqapurda olduğun ilk günlərdə doğrudan da kağız parçasını belə səkiyə atmaqdan qorxursan, metroya dondurma ilə girdikdə peşmən olursan. Lakin sonradan “kiçik Hindistan” rayonuna gərlirsən və qəfildən – “şablon dağılır”: avtobus dayanacağının yanında plastik stəkanlar atılıb. “Bu necə ola bilər?” – sən təəvccüblənirsən. “Bax belə - sinqapurlular gülümsəyirlər – Hər şey ola bilər. Heç də bütün “cinayətlərə” görə hadisə yerində tutmurlar, lakin sən bilməlisən: əgər səni tapsalar, canını qurtara bilməyəcəksən – axı sən qanunu pozmusan. Əksər hallarda bu kifayət edir ki, insan özünü normal aparsın ”.  

Əlbəttə ki, Sinqapurda hakimiyyət tamamilə avtoritardır. Amma bilirsiniz nədir? Vyetnam Xoşiminində mən olduqca ehtiyatla hərəkət edirdim – motosikl sürənlər tez-tez turistlərin əlindən smartfonları və fotokameraları qoparıb alırdılar. Parisin mərkəzində çirkli evsizlər və dilənçilər doludur. Bizim küçələrimizdə də heç də hamı zibili zibil qabına atmağa çalışmır. Sinqapur isə əjdaha cərimələr və amansız (ölüm hökmünə qədər) qanunlar dəsti sayəsində Yer kürəsinin ən sakit, təmiz və təhlükəsiz şəhərinə çevrilmişdir.  Fikirləşməyinə dəyər.

İnsan təbiəti belədir: yadınıza salın ki, Rusiyada da nə qədər ki, cərimələmirdilər, heç kim sükan arxasında təhlükəsizlik kəmərini bağlamırdı. Baxmayaraq ki, Sinqapurda başlıca olan cərimələr deyil, qanunlara könüllü riayət olunmasıdır. Və düşünmək lazımdır ki, Rusiya da insanlar təmiz küçələrə, metroda zir-zibilin olmamasına sevinər və lifti ictimai ayaqyolu ilə qarışıq salanların həbs edilməsinə sevinərdilər. Amma cismani cəzalar – çox sağ olun, lazım deyil. Yerdə qalanlarda isə Sinqapur qanunlara ən azı diqqət yetirilməsinə layiqdirlər.   

OXŞAR XƏBƏRLƏR