“Excelsior Hotel Baku” “Yay mövsümü”nü açıb

Xəbərlər 17 Iyun 2014 00:00 2567
“Excelsior Hotel Baku” “Yay mövsümü”nü açıb

13 iyun 2014-cü il tarixində “Excelsior Hotel Baku” otelinin açıq hovuzda yerləşən Pool Bar restoranında “ Yay mövsümünün açılış” tədbiri keçirilib. Seyyah.az xəbər verir ki, tədbirin proqramına canlı musiqi proqramı, hədiyyə lotoreyası, gecəyə qədər DJ musiqisi və rəqs daxil edilib. Tədbirdə paytaxtın qonaqları və sakinləri, işgüzar dairələrin nümayəndələri iştirak etdilər.


Açılış mərasimində çıxış edən “Excelsior Hotel Baku” otelinin baş meneceri Turhan Poyraz qonaqlara yay hovuzunun yanında şəraitə və göstərilən xidmətlərə dair geniş informasiya verib. O, qeyd edib ki, bundan sonra paytaxtımızın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər.

Sərinləşdirici içkilər, ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaratdı. Estrada müğənniləri Səbinə Babayeva və Diananın ifalarında populyar milli və xarici şlyagerlər hamının ürəyincə olub. Tədbirdə keçirilən lotoreyada qonaqlar “AtaBank” ASC, “AtaSığorta” ASC və digər şirkətlərdən hədiyyələr uddular.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” – deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

OXŞAR XƏBƏRLƏR