Azərbaycanda yeni hotel istifadəyə verilib - FOTOLAR

Azərbaycanda yeni hotel istifadəyə verilib - FOTOLAR
Xəbərlər 29 Avqust 2017 10:24 1239
Azərbaycanda yeni hotel istifadəyə verilib - FOTOLAR

Ölkəmizə turistlərin marağının durmadan artması bu sahədə infrastrukturun sürətlə inkişafına təkan verir.

Bakı ilə yanaşı bölgələrdə də yeni hotellər və istirahət mərkəzləri istifadəyə verilir.

Avqustun 26-da Şəkinin Heydər Əliyev prospektində yeni tikilmiş "Yaffle inn" hoteli istifadəyə verilib. 

Bu münasibətlə keçirilən açılış mərasimində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və şəhər sakinləri iştirak edib.

Bildirilib ki, respublikamızın regionlarında müasir turizm obyektlərinin inşası ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılmış əlverişli mühitdən irəli gəlir.

Turizmin inkişafı ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Şəki şəhərində də turizm potensialının inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan yeni tikilmiş otel də mühüm əhəmiyyət daşıyır. Sonra yeni otelin rəmzi açılışını bildirən lent kəsilib və tədbir iştirakçıları oteldə yaradılmış şəraitlə tanış olublar.

12 otağı olan və hər bir otaqda fərqli dizaynı olan otelin çox maraqlı bir konsepsiyası var.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR