Azərbaycan vətəndaşları bu yay mövsmündə Avropanın ən gözəl ölkələrindən biri olan Sloveniyanın müalicəvi kururtlarında istirahət imkanı əldə ediblər. Seyyah.az xəbər verir ki, Sloveniyanın ən böyük turizm operatoru olan "Sava Hotels & Resorts" şirkəti Bakıda öz kurortlarını təqdim edib.
"Sava Hotels & Resorts" qrupu Sloveniyanın ən səfalı 6 kurortundakı 20 hotel və pansionatı və qonaq qəsəbəsini birəşdirir. Bura məşhur Bled gölü ətrafı, Avropanın ən yaşıl məkanlarından biri olan "Term 3000" kurortu, Sloveniyanın ən qədim şəhəri, orta əsrlər mühitini hələ də qoruyub saxlayan Ptuy, Avstriya ilə sərhəddə yerləşən müalicəvi xüsusiyətləri ilə məşhur Radents kurortu, Drava və Mura çayları arasındakı Bananovtsı diyarı, nəhayət, Xorvatiya ilə Macarıstanın sərhədində yerləşən, 800 illik tarixi və mətbəxi ilə məşhur Lendava kurortu aiddir.
Buraya səyahət edənlər təbiət gözəlliklərindən, insan əli dəyməyən yaşıllıqlardan və Adriatik dənizinin təkrarsız çimərliklərindən zövq ala biləcək, eləcə də termal sular, mineral vannnalar və digər müalicə üsullarından faydalana biləcəklər. "Sava Hotels & Resorts" nümayəndələrinin sözlərinə görə, adı çəkilən kurortlarda 20 hotel azərbaycan vətəndaşlarına öz xidmətlərini təklif edir. Bled kurortunda 6 hotel var. Bunlar 5-ulduzlu "Toplitse Qrand Otel", 4 ulduzlu "Qolf" və "Park", eləcə də "Kral klub evi", 3 ulduzlu "Savitsa", "Yadran" və "Triest" hotelləridir. "Term 3000" kurortu 5 hotellə təmsil olunub. Bura 5 ulduzlu "Livada Prestij", 4 ulduzlu "Ayda", "Termal" hotelləri, 4 ulduz səviyyəli qonaq evləri qəsəbəsi olan "Prekmurska", nəhayət, 3 ulduzlu "Turist Qəsəbəsi" bunqalo addir.
"Term Ptuy" kurortunda 3 oteldə istirahət etmək mümkündür. Bunlar 4 ulduzlu "Qrand Hotel Primus", 3 ulduz səviyyəli Apartament qəsəbəsi, və 3 ulduz bunqalodur. "Radentsa" kurortu 4 ulduzlu "Radin" və "İzvir" hotelləri ilə, "Term Bananovtsı" kurortu 3 ulduzlu "Zeleni qay" hoteli və eyni adlı qəsəbə ilə təmsil olunublar. Nəhayət, "Lendava" kurortuna səyahət etmək istəyənlər 3 ulduzlu "Lipa" hoteli və "Lipov qay" adlanan apartament qəsəbəsində yerləşə bilərlər.
"Sava Hotels & Resorts"un təqdim etdiyi hotellər müxtəli əhali qrupu üçün nəzərdə tutulduğundan burada həm tək, həm də ailəvi istirahət etmək üçün geniş imkanları var. Sloveniya kurortlarında aktiv və müalicəvi turizm keçirmək, müalicəvi massajdan, idmanla məşğuliyyət, hətta qolf oyunlarından ləzzət ala bilərlər. Böyük müalicəvi əhəmiyyəti olan termal hovuzlarda üzmək isə istirahəti unudulmaz edəcək.
"Sava Hotels & Resorts"un təqdimat mərasimində şirkət nümaynədələri bildirib ki, Sloveniya kurortları öz müalicə imkanları ilə məşğuldur. Bəzi kurortları 150 ilə yaxın müddətdir ki fəaliyət göstərir və bütün Avropada məşhurdur. Burada mineral su və palçıq vannaları, eləcə də efir yağları, müalicəvi otlardan istifadə olunmuş vannalar qəbul etmək olar. "Radenska" kurortunda təklif olunan üzüm, gül və "Kleopatra" adlanan süd vannaları isə bütün dünyada məşhurdur. Kurortun qonaqları olan qadınlar isə gözəllik maskaları və vannalarının, eləcə də rahatlaşdırıcı masajların geniş çeşidindən zövq ala biləcəklər. Uşaqlarla səyahət edənlər üçün kurortlardakı əyləncəli akvaparklar nəzərdə tutulub.
Nisbətən aktiv səyahət etmək istəyənlər isə, məsələn Radensk kurortunda balqabaq fermasına, regionda məşhur üzümçülük təsərrüfatını və şəlalə altında məşhür şampan içkisi anbarını ziyarət edə bilərlər.
Kurortlarda prosedurların və müalicə xidmətlərinin qiymətləri çox münasibdir. O qədər də böyük olmayan məbləğ müqabilində həm istirahət etmək, həm də müalicəvi xüsusiyyətlərdən faydalanmaq olar. "Sava Hotels & Resorts" mütəxəssislərinin sözlərinə görə, son illər bütün dünyada müalicəvi səyahət xidmətləri geniş yayıldığından Sloveniya kurortları turistlər arasında xüsusilə populyardır. Hər il bu ölkənin kurortlarına yüz minlərlə xarici turist gəlir. Müşahidələr göstərir ki, qonaqların böyük hissəsi Sloveniya kurortlarını növbəti illərdə də ziyarət edirlər.