Macarıstan səfirliyində viza ilə bağlı yenilik var

Macarıstan səfirliyində viza ilə bağlı yenilik var
Xəbərlər 29 Avqust 2017 11:48 1916
Macarıstan səfirliyində viza ilə bağlı yenilik var

Macarıstanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi viza alınması üçün sənəd qəbulunu qismən bərpa edib.

 

Bu barədə səfirlikdən məlumat verilib.

 

Konsulluq şöbəsi ötən həftə texniki qüsurlarla əlaqədar sənəd qəbulunu dayandırmışdı.

 

Bu gündən etibarən “D” katerqoriyalı uzunmüddətli viza almaq istəyənlər müsahibə üçün ifr.mfa.gov.hu saytı vasitəsilə vaxt təyin edə bilər.

 

“C” kateqoriyalı qısamüddətli vizaların verilməsi isə hələlik bərpa olunmayıb.

 

Bu vizaların alınması üçün Macarıstanın Tbilsidəki səfirliyinə və ya Azərbaycanda Şengen zonasına daxil olan digər ölkələrin səfirliklərinə müraciət etmək məsləhət görülür.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Macarıstanın Azərbaycandakı səfirliyi texniki səbəbdən viza verilməsini dayandırıb. 

OXŞAR XƏBƏRLƏR