“Buta Airways”in donanması genişlənir.
Seyyah.az turizm portalı "Marja"ya istinadən xəbər verir ki, bu gecə “Buta Airways”in daha bir “Embraer E190” təyyarəsi Bakıya gəlmişdir. Tək sinif modifikasiyalı “Embraer E190” təyyarəsi 106 nəfərlik sərnişin tutumuna malikdir.
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olmuşdu.
"ButaAirways" ən çox tələb olunan istiqamətlərə - Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi, Tehran, İstanbul və Sankt-Peterburqa uçacaq.
