Londona getmək istəyən “Qarabağ” azarkeşlərinə - ŞAD XƏBƏR

Londona getmək istəyən “Qarabağ” azarkeşlərinə - ŞAD XƏBƏR
Xəbərlər 30 Avqust 2017 23:32 659
Londona getmək istəyən “Qarabağ” azarkeşlərinə - ŞAD XƏBƏR

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi “Çelsi” - “Qarabağ” futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.

Seyyah.az turizm portalı xəbər verir ki, bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda “Çelsi” - “Qarabağ” oyunu keçiriləcək.

OXŞAR XƏBƏRLƏR