ABŞ-ın Missisipi ştatındakı KFC restoranında işçilərin 3 yaşlı qız uşağını restorandan qovmaları şirkətə 30 min dollara başa gəlib. Seyyah.az "The New York Daily News"ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl restoranın əməkdaşları Viktorayanın üzündəki çapıqların digər qonaqları "narahat etdiyini" əsas gətirərək ondan restoranı tərk etməyi tələb ediblər.
Məsələ bundadır ki, qızın üzünü babasının iti dişləyib. Bununla bağlı həkimin qəbuluna getdikdən sonra Viktoriya nənəsi ilə birlikdə yaxınlıqdakı KFC restoranlarından birinə daxil olublar. Amma onlardan "başqa qonaqlara mane olmamaq üçün" restoranı tərk etmək tələb edilib.
Bununla əlaqədar olaraq Viktoriyanın anası uşağın şəklini "Facebook"a yerləşdirib və istifadəçilərdən uşağın üzünün qorxulu olub olmadığını soruşub. Bundan sonra hadisə geniş əks səda doğurub. Nəticədə KFC şirkətinin rəhbərliyi balaca qıza üzrxahlıq məqsədilə 30 min dollar ödəyib, üstəlik Viktoriyanın 3 min dollarlıq müalicə xərcini ödəyib.