Bakıda konsert olacaq - GİRİŞ PULSUZDUR

Bakıda konsert olacaq - GİRİŞ PULSUZDUR
Xəbərlər 1 Sentyabr 2017 01:01 635
Bakıda konsert olacaq - GİRİŞ PULSUZDUR

Tanınmış müğənnilər Qurban bayramı günlərində “Retro Bakı” layihəsində iştirak edəcəklər.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, idarənin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri sentyabrın 1 və 2-də saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.

Qurban bayramı günlərində “Retro Bakı”da tanınmış müğənnilər-xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Ədalət Şükürov konsert proqramı ilə çıxış edəcəklər.

OXŞAR XƏBƏRLƏR