Türkiyənin popstarı Ebru Poladın iyunun 21-də Nabrandakı Malibu Oteldə verəcəyi konsertin vaxtı dəyişdirilib. Oteldən seyyah.az-a verilən məlumata görə, konsert iyulun 5-ə təyin edilib. Konsertin vaxtının dəyişdirilməsi qonaqlar üçün digər sürpirizlərlə əlaqədardır.
Konsertdə Ebru Poladla bərabər DJ İlkan Günüc də iştirak edəcək.
Qeyd edək ki, Xaçmazın Nabran qəsəbəsində yerləşən "Malibu" Istirahət Mərkəzinin 280 nəfərlik qonaq tutumu var. Mərkəzdə 4 məhəllədə 50 kotec fəaliyyət göstərir.