Xarici ölkələrə vizaların qiymətləri - SİYAHI

Xarici ölkələrə vizaların qiymətləri - SİYAHI
Xəbərlər 4 Sentyabr 2017 01:45 8759
Xarici ölkələrə vizaların qiymətləri - SİYAHI

 

Turizm mövsümündə xaricə gedən insanların ilk xərcləri viza üçün çıxır. Seyyah.az Azərbaycan vətəndaşlarının səyahət coğrafiyasını nəzərə alaraq dünyanın müxtəlif ölkələrinə səyahət üçün viza qiymətlərini araşdırıb.

 

1. ABŞ – 160 dollar, səfirlikdən verilir

 

2. Kanada – 250 dollar, onlayn alınır və ya Türkiyədəki səfirlikdən verilir

Kanadaya viza almaq üçün "VSF” şirkətinin xidmətlərindən yararlanmaq üçün əlavə 114 manat ödəməlisiniz.

 

3. Şengen ölkələrinə – 35 avro (Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Lixtenşteyn, Xorvatiya)

Bəzi Avropa ölkələrinin ölkəmizdəki konsulluqlarından başqa viza alınması üçün xidmət göstərən mərkəzlər də var. Həmin mərkəzlərdə göstərilən xidmətlərə görə, əlavə 25 AVRO ödəməli olacaqsınız. Bu İtaliya, Fransa və digər bəzi Avropa ölkələridir.

Qeyd edək ki, bəzi Şengen ölkələrinə səyahət etmsək üçün ayrıca olaraq həmin ölkələrə də viza verilir. Bunlar aşağıdakılardır:

 

4. Belçika, İspaniya, Fransaya – 47 dollar, Fransanın Azərbaycandakı səfirliyində verilir. İtaliyaya visa almaq üçün 56 dollar ödəniş etmək lazımdır.

 

5. Norveç - 35 avrodan əlavə, VFS Global şirkətinə müraciət edərək əlavə 40 AZN ödəniş etmək lazımdır.

 

6. Böyük Britaniya – 130-135 dollar (qısamüddətli – 6 ay, bir və ya bir neçə giriş). Visa əldə etmək üçün onlayn müraciət edib, ödəniş etmək lazımdır.

 

7. Bolqarıstan – 60 avro

 

8. Rumıniya – 60 avro

 

9. Misir – 25-40 dollar, Misirdə yerindəcə viza verilir.

Misirin Şarm-əl-Şeyx istirahət mərkəzinə səfər edirsinizsə, o zaman Misirdə hava limanında 25 dollar ödəməklə viza əldə edə bilərsiniz. Amma Qahirəyə və ya digər qeyri-turistik şəhərlərə səyahət etməyi planlaşdırırsınızsa, o zaman viza rüsumu üçün 40 dollar ödəməli olacaqsınız.

 

10. Dubay – 75-150 dollar.

Dubaya vizanı 75 dollardan o zaman almaq olar ki, səyahət edən şəxs otel bronlamış olsun. Bunu etməyənlər üçün isə vizanın qiyməti 100-150 dollardır.

 

11 Tailand – 40 dollar. Bakıdakı səfirliyə müraciət edilərək əldə olunur.

 

12. Hindistan – 67 manat. Səfirliyə müraciət etmək lazımdır. Viza 3-5 iş günü ərzində verilir.

 

13. Yaponiya – Viza, pulsuz verilir. Bakıdakı Yaponiya səfirliyinə müraciət etmək lazımdır. Müraciətdən sonrakı 5-10 gün ərzində verilir. Laki bəzən müraciət etmə prosesi də 15-20 gün çəkir.

 

14. Braziliyaya viza rüsumu isə 20 dollardır.

 

15. Sinqapura vizanı online əldə etmək mümkündür. Bu zaman rüsum 50 dollar olur.

 

16. Çinə viza – 40-60 dollar

Azərbaycanlıların ən çətin viza ala biləcəyi ölkə Çindir. Belə ki, Çinin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, bu ölkəyə 2 cür viza almaq olar. Bunlar biznes və turistik vizadır.

Çinə getmək istəyirsinizsə, özünüzdən əlavə minimum 3 nəfər şəxs tapmalısınız ki, Çinə səfər etsin. Belə ki, ötən ilin iyulundan tətbiq edilən qaydalara əsasən, Çinə turist kimi getmək istəyənlər 4 nəfərdən az olmamalıdır. Çin vizasının rüsumu isə bir nəfər üçün 40 dollardir.

Bu viza 30 gün müddətinə verilir və onunla bir dəfə gediş-gəliş etmək olur. Çinə ən çox viza 6 ay müddətinə verilir. Amma mütləqdir ki, bu müddət ərzində Çinə ən azı 2 dəfə səfər edəsiniz. Bunun üçün viza rüsumu 60 dollardir.

Honqkonqa 14 günlük viza rüsumu isə 30 dollar müəyyən olunub.

 

OXŞAR XƏBƏRLƏR