Macarıstan səfirliyi viza verilməsini bərpa edib

Macarıstan səfirliyi viza verilməsini bərpa edib
Xəbərlər 6 Sentyabr 2017 00:13 638
Macarıstan səfirliyi viza verilməsini bərpa edib

Macarıstanın Bakıdakı səfirliyi viza verilməsini bərpa edib. 

Seyyah.az turizm portalının məlumatına görə, səfirlikdən bildirilib ki, səfirlikdə baş vermiş fors major vəziyyətlə əlaqədar olaraq işini dayandıran Konsulluq şöbəsi fəaliyyətini tam bərpa etməyə müvəffəq olub.

Beləliklə, həm qısa müddətli (C) və uzun müddətli (D) vizası üçün ərizəçilər ifr.mfa.gov.hu saytından görüş vaxtı təyin edərək müraciət edə bilərlər.

Səfirlik bir daha nəzərə çatdırır ki, sənədlərin qəbulu yalnız yuxarıda qeyd olunan saytda görüş vaxtı təyin edən ərizəçilərə şamil olunur.

OXŞAR XƏBƏRLƏR