Yay istirahəti üçün ən ucuz şəhər hansıdır?

Turistlər üçün ən bahalı şəhər Londondur
Xəbərlər 19 Iyun 2014 00:00 1638
Yay istirahəti üçün ən ucuz şəhər hansıdır?

2014-cü ilin yay mövsümündə istirahət üçün ən ucuz şəhərin adı açıqlanıb. Seyyah.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanı turizm sektorunda tanınmış TripAdvisor saytı aparıb. 


İyun-avqust ayları ərzində 2 nəfərin bir gün 4 ulduzlu oteldə gecələməsi, aeroportdan və geriyə taksi xidməti, restoranda axşam yeməyi, 5 ulduzlu oteldə kokteyl və s. xidmətlərin qiyməti hesablanıb. 

Araşdırma göstərib ki, turistlər üçün ən ucuz şəhər Vyetnamın Xanoy şəhəridir. Burada bütün bu xidmətlərə 155 dollar xərcləmək lazım gəlir. Ən bahalı şəhər isə Londondur.

OXŞAR XƏBƏRLƏR