“Buta Airways” üç istiqamətdə uçuşlara başlayıb

“Buta Airways” üç istiqamətdə uçuşlara başlayıb
Xəbərlər 6 Sentyabr 2017 00:19 1081
“Buta Airways” üç istiqamətdə uçuşlara başlayıb

Azərbaycanda ilk aşağı büdcəli aviaşirkət - “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan “Buta Airways” aviaşirkəti üç istiqamətdə - Tbilisi, Moskva və Antalya istiqamətlərində uçuşlarla fəaliyyətə başlayıb. Əvvəlcədən planlaşdırıldığı kimi, sentyabrın 1-də aviaşirkət Tbilisiyə ilk kommersiya reysini avqustun 25-də Braziliyadan Bakıya gətirilmiş, 106 sərnişin tutan yeni “Embraer 190” təyyarəsi ilə həyata keçirilib. Seyyah.az xəbər verir ki,  ilk mərhələdə, yəni qış cədvəlinə keçənə (oktyabrın 29-na) qədər Tbilisiyə həftədə 4 reys həyata keçiriləcək, qış cədvəli dövründə isə reyslərin sayı artırılaraq 10-a çatdırılacaq”.

OXŞAR XƏBƏRLƏR