Təyyarə biletlərində inanılmaz endirim – 50% ucuz biletlər

Təyyarə biletlərində inanılmaz endirim – 50% ucuz biletlər
Xəbərlər 12 Sentyabr 2017 20:06 1598
Təyyarə biletlərində inanılmaz endirim – 50% ucuz biletlər

Dünyanın ən məşhur və lüks aviaşirkəti sayılan «Qatar Airways» özünün «Qlobal Səyahət Festivalı» kampaniyasına start verib. Şirkətdən seyyah.az turizm portalına verilən məlumata görə, bu kampaniya çərçivəsində müştərilər Ekonom və Biznes sinifdə möhtəşəm endirimlərdən faydalanaraq dünyanı kəşf etmə şansı əldə edəcəklər. 12 – 19 Sentyabr 2017 tarixləri müddətində davam edəcək kampaniyada müştərilər 50 faizə qədər endirim ilə yanaşı yoldaş endirimi və qrup endirimləri əldə edəcəklər.

Qatar Airways-in Baş Kommersiya Meneceri Ehab Amin bildirib ki, hazırkı Səyahət Endirimləri Festivalı bu günə qədər olan ən böyük endirim kampaniyasıdır: «Bu kampaniya çərçivəsində sərnişinlər Ekonom və Biznes sinifdə endirimlər və fərqli səyahət paketləri arasından seçim edə biləcəklər».

 

Məşhur istiqamətlərə ucuz uçuşlar

Bu kampaniya çərçivəsində sərnişinlər dünya boyunca məşhur istiqamətlərə ekonom və biznes sinifdə xüsusi qiymətlərlə səyahət edə bilərlər. Ekonom sinifdə bəzi istiqamətlər üçün qiymətlər Guangzhou 779 AZN, Boston AZN 1,371 Cenevrə 809 AZN, Los Angeles 1,102 AZN, Manila 1,150 AZN təşkil edir. Biznes sinifdə isə Tbilisi 993 AZN, Kuala Lumpur 4,157 AZN, Bangkok 3,734 AZN təşkil edir.

 

Qrup şəklində uçanlar üçün xüsusi endirimlər

Kampaniyanın bir hissəsi olaraq Qatar Airways Biznes və Birinci sinifdə cüt səyahət edən müştərilərə “yoldaş” endirimi təklif edir. Üç nəfərdən yeddi nəfərədək birlikdə səyahət edən  qruplar üçün isə xüsusi endirimlər təklif edilir. Bu təkliflərdən faydalanmaq üçün müştərilər qatarairways.com saytına daxil ola, Qatar Airways satış ofislərinə və ya özlərinə yaxın səyahət agentliklərinə yaxınlaşa bilərlər.

 

2017 və 2018-ci illərdə Qatar Airways öz səyahət şəbəkəsinə yeni istiqamətlər əlavə edəcək. Həmin istiqamətlərə Fil Dişi Sahilindən Abidjan, Qanadan Akra, Avstraliyadan Kanberra, Taylanddan Chiang Mai və Utapao, Banqladeşdan Chittagogn və Kenyadan Mombasanı misal çəkmək olar. 

Qatarın milli hava daşıyıcı şirkəti Qatar Airways dünyanın ən sürətlə böyüyən hava yolu şirkətlərindən biri olmaqla yanaşı həm də dünyada ən gənc hava donanmasına sahibdir. Hal-hazırda Qatar Airways -in 6 kontinent üzrə biznes və istirahət guşələrinə mütəmadi səfərlər edən 200-dən artıq müasir təyyarəsi var.

Qeyd edək ki, şirkət əvvəllər olduğu kimi, bu il də bir çox fərqlənmə nişanları qazanıb. Buna misal olaraq “Paris Air Show” - da Skytrax tərəfindən şirkətin 2017-ci ilin Hava Yolu Şirkəti seçilməsini göstərmək olar. Bu, Qatar Airways-in hava yolu şirkətinin eyni nominasiya üzrə sayca dördüncü qalibiyyətidir. Hava Yolu şirkəti eyni tədbirdə bir sıra digər nominasiyalar üzrə də qalib olub, bunlardan Yaxın Şərqin ən Yaxşı Hava You Şirkəti, Dünyanın ən yaxşı Biznes Sinfi, və Ən yaxşı Birinic Sinif Launge misal göstərmək olar.

OXŞAR XƏBƏRLƏR