"Şahdağ"-da yay mövsümünə start verilib

Xəbərlər 20 Iyun 2014 00:00 2653
"Şahdağ"-da yay mövsümünə start verilib

Qusarda yerləşən Şahdağ Qış –Yay Turizm Kompleksi yay mövsümünə start verib. Seyyah.az xəbər verir ki, kompleksə üz tutan turistlərin isti yay günlərində istirahəti üçün 12 növ müxtəlif əyləncə və idman oyunları nəzərdə tutulub. Bura uşaqlar üçün kvadrasikıllarla gəzinti, uşaq ağac və macəra parkları daxildir.


Kompleksdə uşaqlarla yanaşı böyüklərin istirahəti və əylənmələri üçün də şərait yaradılıb. Belə ki, onlar kanatla sürüşmə, bob kart və trotinetdə gəzinti apara bilər.Bundan başqa Şahdağ Qış-Yay Turizm Kompleksi ziyarətçilərinə mobil platforma sürmək, eləcə də dağ velosiped idmanı ilə məşğul olmaq imkanı da yaradır.


Turizm kompleksində iyul ayının 1-nə kimi Peynbol meydançası,qruplar üçün Skandinaviya gəzintisi və səmtləşmə idman növlərinin açılması da planlaşdırılıb. Şahdağ Qış-Yay Turizm Kompleksi yay mövsümünə sentyabr ayında yekun vuracaq.



 

OXŞAR XƏBƏRLƏR