Bakının pulsuz “Wi-Fi”lı parkların - SİYAHISI

Bakının pulsuz “Wi-Fi”lı parkların - SİYAHISI
Xəbərlər 13 Sentyabr 2017 10:02 111
Bakının pulsuz “Wi-Fi”lı parkların - SİYAHISI

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi" xidmətinin əhatə dairəsini “Dədə Qorqud" və “Nərimanov" parklarınadək genişləndirib.

Seyyah.az turizm və əyləncə portalının xəbərinə görə, bu barədə özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbədən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu parklarda pulsuz İnternet yaxın zamanlarda aktiv olacaq.

Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, “Qış parkı”, “Zabitlər” parkı, “Sahil”, “Axundov”, “Sabir”, “Xaqani”, “Hüseyn Cavid”, “Səməd Vurğun” və “Muğan” bağları daxildir.

Xidmət işə salındıqdan indiyədək şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR