Ağ pasport alanlar 100-dən çox ölkəyə vizasız gedəcəklər

Ağ pasport alanlar 100-dən çox ölkəyə vizasız gedəcəklər
Xəbərlər 13 Sentyabr 2017 10:31 2011
Ağ pasport alanlar 100-dən çox ölkəyə vizasız gedəcəklər

Yer planetində ən sirli və haqqında sualların çox olduğu kontinentlərdən biri də Antarktidadır. Materikin rəsmi açılışı 1820-ci il 28 yanvarda baş tutub. Burada vətəndaşlıq almaq məsələsi isə 2008-ci ildə gündəmə gəlib. Həmin tarixdən bəzi immiqrantlar üçün bu materikin vətəndaşlığı xüsusi maraq doğurub. Bu materikin sərt iqlimindən bura miqrasiya olunmayıb. Burada daim yaşayan insanlar da yoxdu. Qeyd edək ki, yer planetində ən soyuq yerdə bu materikdə yerləşir və tempratur -89 selsiyə çatır. Materikin 70%-ni su təşkil edir. Materikdə illik norma  yağıntı 120 mm -di. Yay mövsümündə materikdə 5 min qışda isə 1000 nəfər yaşayır. Materikdə bütün il boyu 40 ədəd araşdırma mərkəzi fəaliyyət göstərir. Antartktida heç bir ölkəyə məxsus ərazi deyil və burada daim müxtəlif ölkələrin alimləri tərəfindən araşdırmalar aparılır. 2008-ci ildə materikə insanların köçürülməsi və onun təbii ehtiyatlarının işlənməsi kimi lahiyələr haqqında düşünülməyə başlandı. Bunun üçün nəinki müasir texnalogiyalar həmçinin çox sayda insan qüvvəsinə ehtiyac duyulduğu məlum oldu. Bu səbəbdən virtual pasportların verilməsi qərarına gəlinib. Lakin heç də hamıya bu pasportlar verilmir. Yalnız xüsusi kriteriyalara cavab verənlərə pasportların verilməsi nəzərdə tutulub. Tələblər isə aşağıdakılardı:

  1. Vətəndaşlıq almaq istəyən şəxsin nə vaxtsa məhbusluq həyatı olmamalıdır.
  2. Vətəndaşlıq almaq istəyən kişilərin yaşı 40-dan qadınların isə 35 -dən çox olmamalıdır.
  3. Əsasən geoloqlara, mexaniklərə, mühəndislərə, tibb işçilərinə və digər yüksək ixtisaslı peşəkarlara üstünlük verilir
  4. Vətəndaşlıq almaq istəyənlər yazılı ərizə təqdim edirlər, əgər gələcəkdə bu materika köçmək lazım olarsa bunu həyata keçirəcəyini təsdiq edir. Lakin bu məcburu deyil .

Vətəndaşlıq almaq istəyən şəxsin müraciətinə böyük 8-lik ölkələrindən ayrılmış nümayəndələrə baxır. Əgər bu ölkələrdən biri müraciəti təsdiqləməsə o zaman vətəndaşlıq haqqında müraciəti unutmaq lazımdır. Antarktida vətəndşlığını alan şəxslər isə bu materikin pasportu ilə dünyanın 100-dən çox ölkəsinə vizasız səfər edə bilərlər. Bu siyahıya Şengen ölkələri, ABŞ, Kanada və Avstraliya daxildir.

OXŞAR XƏBƏRLƏR