Dağ turizmini necə inkişaf etdirək? - TƏKLİFLƏR

Dağ turizmini necə inkişaf etdirək? - TƏKLİFLƏR
Xəbərlər 13 Sentyabr 2017 10:33 594
Dağ turizmini necə inkişaf etdirək? - TƏKLİFLƏR

Seyyah.az Mustafa Abbasbəylinin dağ turizminin inkişafına dair fikirlərini təqdim edir. 

Məlum olduğu kimi, dağ turizmi, turizmin ən geniş yayılmış növlərindən biridir. Xüsusi ilə hündür dağlara sahib ölkələr bundan çox böyük bəhrə götürməkdədirlər. Bu ölkələr sırasında Nepal, Çin, Rusiya, Qırğızıstan, Gürcüstan və digər ölkələr var. Azərbaycanı da yüksək dağlara sahib ölkələr sırasına daxil etmək olar. 

Bəs biz ölkə olaraq bundan lazımi dərəcədə faydalana bilmək üçün nələr etməliyik?

1. Dağlara çıxmaq üçün mövcud icazə prosedurunu ləğv etməliyik.
Mövcud vəziyyət:
Hal-hazırda dağa çıxmaq istəyən şəxs ən azı bir ay əvvəldən 2 dövlət qurumuna yazılı müraciət ünvanlanmalıdır. Müraciətə əksər hallarda neqativ cavab gəlir.
Beynəlxalq təcrübə: 
Dünyanın heç bir dağ zirvəsinə çıxış üçün icazə (cavabı yox olma ehtimalı olan yazılı icazə) tələb olunmur.

2. Dağlara çıxmaq üçün pullu giriş prosedurunu ya ləğv etməliyik, etmiriksə, ödəniş prosedurunu sadələşdirməliyik. Milli parkara girişlərdə ödəniş terminalı yerləşdirərək, onlayn ödəniş prosesini sadələşdirərək.
Mövcud vəziyyət:
Hal-hazırda dağlara çıxmaq üçün hər bir şəxs üçün bank köçürməsi yolu ilə ödəniş edilməlidir. 
Beynəlxalq təcrübə: 
Everest zirvəsini çıxmaq şərti ilə, demək olar ki, bütün yüksək zirvələrə çıxış üçün ödəniş tələb olunmur.

3. Zəruri infrastruktur yaratmalıyıq.
Mövcud vəziyyət:
Hal-hazırda bizim yüksək dağlarımız çıxış üçün ən əlverişli məkan olan Xınalıq kəndində nəinki zəruri infrastruktur, adi bir market belə yoxdur. 
Beynəlxalq təcrübə: 
Uzaq getməyək, qonşu Gürcüstanın Kazbeqi kəndində, dağçılar üçün, qonaq evləri, otellər, restoranlar, pablar, pul dəyişmə məntəqələri, hətda xilasetmə helikopteri belə mövcuddur.

Xınalıq barədə əlavə onu da demək istəyirəm ki, 2200 metr hündürlükdə yerləşən bu kənd Avropanın ən hündür ikinci (ən hündürü Dağıstanda yerləşir) yaşayış məntəqəsidir. Eyni zamanda, Azərabycanda yerləşən ən yüksək 8 zirvənin tam ortasında yerləşir. 
Bu iki amil, yuxarıda qeyd olunan 3 zəruri addım və təbii ki, lazımi təbliğat (pr) Xınalığa milyonlarla turistin cəlb edilməsi üçün kifayətdir.

OXŞAR XƏBƏRLƏR